12 sığorta agentinin lisenziyası ləğv edildi

Maliyyə Bazarlarına Nəzarət Palatasının (Palata) İdarə Heyətinin qərarı ilə 12 fiziki şəxsə sığorta agenti kimi fəaliyyət göstərmək üçün verilmiş lisenziyalar ləğv edilib.

 

"Marja" Palataya istinadən xəbər verir ki, bunlar Abbasov Səbutay Vəkil oğlu, Ağayarlı Təbriz Adil oğlu, Ağayeva Samirə İsfəndiyar qızı, Cəfərov Cəfər Eyyub oğlu, Cəfərov Fəxrəddin Tofiq oğlu, Cəfərova Səbinə Əjdər qızı, Əliyev Qail Əlivahid oğlu, Əliyev Rauf Akif oğlu, İsgəndərov Ramin Roman oğlu, Piriyev Fərid Qüdrət oğlu, Rzayev Etibar Vüqar oğlu və Salamov Nemət Niyazəli oğludur.

 

Bundan başqa, qurum rəhbərliyi “Sığorta fəaliyyəti haqqında” qanun və nizamnaməyə əsasən, attestasiyadan uğurla keçmiş 3 fiziki şəxsə - Səlimov Ervin Camal oğlu, Əmrəliyeva Gültəkin Faiq qızı və Mirzəyev Emin Alim oğluna sığorta agenti fəaliyyətinə müddətsiz lisenziyalar verib.

11 Mart 2019 , 21:14   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Volksvagen Touareg Eurohome
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99412)437-84-44,(+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin