Mobil manşet üstü reklam_21

Dünyanın ən zəngin 10 ölkəsi - SİYAHI

iç səhifə xəbər başlığı altı (mobil)_31
Dünyanın ən zəngin 10 ölkəsi - SİYAHI
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Dünyanın ən zəngin 10 ölkəsinin bəzilərinin karbohidrogen ehtiyatlarına sahib olduqları bildirilir.

 

Siyahı "Global Finance" aylıq maliyyə jurnalı tərəfindən tərtib edilib. 

 

Araşdırmaya görə, dünyanın adambaşına düşən gəlirə görə ən zəngin ölkəsi Qətərdir.

Bu ölkədə ÜDM-in 50%-i neft-qaz ixracından əldə edilir və adambaşına gəlir 129 512 ABŞ dolları təşkil edir. 

 

İkinci sırada Lüksemburq (100 991 dollar) qərarlaşıb. Bu ölkə ofşor zonalar və münbit investisiya mühiti ilə məşhurdur.

 

Üçüncü sıranı kazinoları ilə məşhur olan Makao (87 845 dollar) tutub.

 

Sonrakı yerləri Sinqapur (86 854 dollar), Bruney (77 662 dollar), Küveyt (70 587 dollar), İrlandiya (69 374 dollar), Norveç (69 031 dollar), Birləşmiş Ərəb Əmirlikləri (67 947 dollar) və San-Marino (64 465 dollar) bölüşür. 

 

Göründüyü kimi,  adambaşı gəlirə görə ən zəngin 10 ölkə arasında 5 ölkə neft-qaz ehtiyatları hesabına varlanıb. 

 

©Report

03.03.2017 11:45

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ