Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

İcbarı avtosığorta bazarı 19% azalıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
İcbarı avtosığorta bazarı 19% azalıb

Bu ilin fevral ayında İcbari Sığorta Bürosunun (İSB) informasiya sistemində avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası (AVSMMİS) üzrə 64 123 elektron sığorta müqaviləsi qeydiyyata alınıb. 

 

Reklam_3_11

İSB-dən "Marja"ya daxil olmuş məlumata görə, bunların 8 191-ni xarici ölkədə qeydiyyata alınmış və Azərbaycana tranzit məqsədilə daxil olan avtonəqliyyat vasitələri təşkil edib. 2017-cı ilin fevral ayı ərzində standart və sərhəd sığorta müqavilələri üzrə daxil olan sığorta haqları 5 088 747 manat təşkil olub. 

 

Ötən ilin fevral ayı ilə müqayisədə sığorta müqavilələrinin sayında 15,2%, sığorta haqlarının məbləğində isə 18,9% azalma müşahidə edilib.

 

Ötən il noyabrın 1-dən etibarən avtomobillər üçün icbari sığorta müqavilələrinin kağız şəhadətnamə blanklarında deyil, elektron sənəd formasında bağlanılmasına başlanılıb və 1 noyabr tarixinədək informasiya sistemi vasitəsi ilə bağlanılan avtomobillərin icbari sığorta müqavilələri təminat müddətlərinin bitdiyi tarixədək sığorta təminatına daxildirlər.

 

Hazırda avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə İcbari Sığorta Bürosunun iştirakçıları olan 13 sığorta şirkəti (Azərbaycan Dövlət Sığorta Kommersiya Şirkəti, “Atəşgah Sığorta", “Standard İnsurance”, “AtaSığorta”, “Xalq Sığorta”, “PAŞA Sığorta”, “AXA-Mbask”, “AzSığorta”,  “Meqa Sığorta”, “Silkway Insurance", “Azərbaycan Sənaye Sığorta”, “Qala Sığorta” və “Günay Sığorta” ASC-lər) fəaliyyət göstərir.

03.03.2017 12:16

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ