Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

"Azərbaycan bankları ilə əməkdaşlıq etmək istəyirik"

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Azərbaycan bankları ilə əməkdaşlıq etmək istəyirik"

Rusiya "Qazprombank"ı Azərbaycan bankları ilə əməkdaşlıqda maraqlıdır".

 

Reklam_3_11

Bu barədə "Qazprombank"ın İdarə Heyətinin sədr müavini Aleksey Belous "Azərbaycan Respublikası investisiya layihələrinin həyata keçirilməsi yolunda: "Qazprombank"ın imkanları" mövzusunda keçirilən biznes-seminar zamanı bildirib.

 

Onun sözlərinə görə, "Qazprombank" fəaliyyətini üç istiqamətdə inkişaf etdirmək niyyətindədir. "Birinci istiqamət Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə əməkdaşlığa istiqamətlənib. "SOCAR Polymer" zavodunun tikintisi ilə ilk layihəmizin həyata keçirilməsində böyük rolu olan SOCAR şirkətinə təşəkkür etmək istəyirik. Bununla kifayətlənmək niyyətində deyilik və gələcəkdə də oxşar layihələrə investisiya yatırmağa hazırıq", - A.Belous deyib.

 

İdarə Heyətinin sədr müavini "Qazprombank"ın Azərbaycan bankları ilə əməkdaşlıq etmək istədiyini vurğulayıb: "Çünki orta biznes sferasında layihələrin həyata keçirilməsi yerli banklarla əməkdaşlıq etmədən mümkün deyil".

 

A.Belous üçüncü istiqamət olaraq bankın "Şimali-Cənub", "Şərq-Qərb" və s. kimi beynəlxalq infrastruktur layihələrində iştirakını göstərib.

 

PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!

 

© Report

12.03.2019 08:59

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ