Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

İcbari daşınmaz əmlak sığortası bazarı 67% artıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
İcbari daşınmaz əmlak sığortası bazarı 67% artıb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Bu ilin fevral ayında  Azərbaycanda daşınmaz əmlakın icbari sığortası (DƏİS) üzrə 6 329 sığorta müqaviləsi bağlanıb. Daşınmaz əmlakın icbari sığortası üzrə daxil olan sığorta haqlarının məbləği isə 1 265 386 manat təşkil edib. 

 

 İcbari Sığorta Bürosundan "Marja"ya verilən xəbərə görə, daşınmaz əmlakın icbari sığortası müqavilələrinin 4 140-ı yaşayış evləri və mənzillər, 26-ı inzibati binalar, 2 163-ü isə digər daşınmaz əmlakla bağlı olub. 

 

Ötən ilin müvafiq dövrü ilə müqayisədə daşınmaz əmlakın icbari sığortası üzrə müqavilələrin sayında 7,2%, sığorta haqlarının məbləğində isə 67,4% artım müşahidə edilib.

 

Hazırda daşınmaz əmlakın icbari sığortası növü üzrə İSB-nin iştirakçıları olan 13 sığorta şirkəti (“Atəşgah Sığorta", “Standard İnsurance”, “AtaSığorta”, “Xalq Sığorta”, “PAŞA Sığorta”, “AXA-Mbask”, “AzSığorta”, Dövlət Sığorta Kommersiya Şirkəti, “Meqa Sığorta”, “Silkway İnsurance”, “Azərbaycan Sənaye Sığorta”, “Qala Sığorta”, “Günay Sığorta” ASC-lər) fəaliyyət göstərir.

03.03.2017 12:15

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ