Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30

6000-dən çox konteyner daşıyıb. Bu rəqəmin hər il 2-3 dəfə artacağı gözlənilir

iç səhifə xəbər başlığı altı (mobil)_31
6000-dən çox konteyner daşıyıb. Bu rəqəmin hər il 2-3 dəfə artacağı gözlənilir

“Azərbaycan Dəmir Yolları” QSC tərəfindən 2017-ci ilin iyulunda “ADY Konteyner” MMC təsis edilib.

 

“ADY Konteyner” MMC Xəzər və Qara dəniz regionları, Avropa ölkələri, Mərkəzi Asiya, Uzaq Şərq və Fars körfəzi ölkələri arasında multimodal konteyner daşımaları və logistika xidmətləri göstərir. 

 

TƏK ŞƏXSİYYƏT VƏSİQƏSİLƏ 15 DƏQİQƏYƏ KREDİT!

 

MMC-nin yaydığı məlumata görə, 2017-2018-ci illərdə əvvəlki dövrlə müqayisədə dəmir yolu ilə konteyner daşımalarında 4 dəfəyədək artım qeydə alınıb. Təkcə 2018–ci ildə ölkəmizin ərazisindən keçən müxtəlif beynəlxalq nəqliyyat marşrutları ilə ümumilikdə 40000 TEU daşıma həyata keçirilib.

 

Şirkət uzun məsafəli blok qatarların təşkili üzrə də ölkədə liderdir. Hazırda şirkət Çindən Avropaya, Hindistan və Fars körfəzi ölkələrindən Rusiya və Şimali Avropaya konteyner blok qatarları təşkil edir. Buna misal olaraq, Çinin Lyanyunqanq, Çenqdu, Çonqçin, İvu, Şian, Urumçu və digər şəhərindən Bakı, Tbilisi, Poti, İstanbul, Mersin, Triyest, Odessa, Kiyev, Slavkov istiqamətlərində təşkil olunmuş 30-dan çox blok-qatar göstərmək olar.

 

Ölkəmizin tranzit potensialının artırılması istiqamətində əvəzsiz rolu olan iki böyük dəmir yolu layihəsinin, Bakı-Tbilisi-Qars (BTQ) və Astara(İran)-Astara(Azərbaycan) dəmir yollarının istifadəyə verilməsi daşımaların həcminə əsaslı təsir göstərib. Belə ki, “ADY Konteyner” bu günədək BTQ və Astara dəmir yolu ilə 6000-dən çox konteyner daşıyıb. Bu rəqəmin hər il 2-3 dəfə artacağı gözlənilir.

13.03.2019 07:56

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ