Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Bazarda ilk və tək şirkətdir– 25 MİLYON MANAT QAZANDIĞINI AÇIQLADI

iç səhifə xəbər başlığı altı (mobil)_31
Bazarda ilk və tək şirkətdir– 25 MİLYON MANAT QAZANDIĞINI AÇIQLADI
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Risklərin təkrarsığortası faliyyəti ilə məşğul olan “AzRe Təkrarsığorta” 2018-ci il üzrə maliyyə göstəricilərini açıqlayıb.


 

Azərbaycanın ilk və yeganə təkrarsığorta şirkəti “AzRe Təkrarsığorta” ASC 2018-ci ili 25 milyon 64 min manat xalis mənfəət ilə başa vurub. 2017-ci illə müqayisədə ötən il şirkətin xalis mənfəəti 17,1% artıb. “AzRe Təkrarsığorta” 2017-ci ili 21 milyon 394 min manat xalis mənfəətlə bağlamışdı.

 

“Marja” Şirkətin maliyyə hesabatlarına istinadən xəbər verir ki, 2017-ci ildə 54 milyon 637 min manat təşkil etmiş cəmi gəlirlər 2018-ci ildə 63 milyon 185 min manata yüksəlib (15,6% artıb). Şirkətin cəmi xərcləri isə 28 milyon 826 min manatdan 31 milyon 919 min manata qalxıb (10,7% artıb).

 

TƏK ŞƏXSİYYƏT VƏSİQƏSİLƏ 15 DƏQİQƏYƏ KREDİT!

 

Ötən il “AzRe Təkrarsığorta”nın investisiya gəlirləri azalıb. Belə ki, 2017-ci ildə 6 milyon 436 min manat təşkil etmiş investisiya gəlirləri 2018-ci ildə 4 milyon 785 min manata geriləyib. Şirkətin cəmi gəlirləri əsasın təkrarsığorta haqları və sair gəlirlər hesabına artıb.

 

2017-ci illə müqayisədə ötən il Şirkətin cəmi gəlirləri artdığından, eyni zamanda xərclər gəlirlərdən daha az artdığından “AzRe Təkrarsığorta”nın əməliyyat mənfəəti yüksək olub. Əməliyyat mənfəəti (maliyyə mənfəəti) 2017-ci ildə 25 milyon 812 min manat ikən, 2018-ci ildə 31 milyon 266 min manata qalxıb. Ötən il “AzRe Təkrarsığorta” 6 milyon 201 min manat mənfəət vergisi ödəyib.

 

ŞİRKƏT BÖYÜYÜB, KAPİTALI ARTIB

 

31 Dekabr 2018-ci il tarixində “AzRe Təkrarsığorta” 118 milyon 202 min manat cəmi aktivlərə, 27 milyon 543 min min manat cəmi öhdəliklərə və 90 milyon 659 min manat cəmi kapitala malik olub.

 

31 Dekabr 2017-ci il tarixində “AzRe Təkrarsığorta” 102 milyon 166 min manat cəmi aktivlərə, 77 milyon 342 min manat cəmi kapitala və 24 milyon 824 min manat cəmi öhdəliklərə malik idi. Şirkətin kapitalının artması xalis mənfəət ilə bağlıdır.

 

Qeyd edək ki, sığorta şirkətləri sığortaladıqları riskləri “AzRe Təkrarsığorta” şirkətində təkrar sığorta etdirirlər. “AzRe Təkrarsığorta” risklərin təkrarsığortasına görə sığorta şirkətlərindən haqq alır. Yəni, sığorta şirkətləri topladıqları sığorta haqqlarının bir hissəsini “AzRe”yə yönəldərək öz risklərini sığorta etdirirlər.

 

 

“01”  yanvar  2019 ci il tarixinə mənfəət və zərər hesabatı

Gəlirlər

Məbləğ

Əsas əməliyyat gəliri:

 

 

55 952 261,53

                            birbaşa sığorta üzrə sığorta haqları

 

 

 

                            təkrarsığorta üzrə təkrarsığorta haqları

54 446 543,72

                             sığorta ödənişlərində təkrarsığortaçıların payı üzrə

1 398 531,79

                             təkrarsığortaya verilmiş müqavilələr üzrə komissyon
                             muzdlar üzrə

107 186,02

Xalis sığorta ehtiyatlarının dəyişməsi (müsbət və ya mənfi)

-1 219 238,94

İnvestisiya gəlirləri üzrə

4 784 732,87

Subroqasiya gəlirləri

55 076,46

Sair gəlirlər

 

 

3 612 280,02

CƏMİ  GƏLİRLƏR

63 185 111,94

Xərclər

 

Əsas əməliyyat xərcləri:

  

23 098 841,95

                             sığorta ödənişləri və sığorta məbləğləri üzrə

9 851 060,76

                             qaytarılan sığorta haqları üzrə

 

407 291,03

                             tənzimləmə xərcləri

 

 

1 336,50

                             təkrarsığortaya verilmiş sığorta haqları üzrə

12 839 153,66

                             qarşısıalınma tədbirləri fonduna ayırmalar üzrə

 

                             sığorta fəaliyyəti üzrə sair xərclər

 

 

İşlərin aparılması xərcləri

 

 

8 362 945,52

Sair xərclər

 

 

457 663,76

CƏMİ  XƏRCLƏR

31 919 451,23

Maliyyə mənfəəti (zərəri)

 

 

31 265 660,71

Mənfəətin nizamnamə kapitalına yönəldilən hissəsi

0,00

Vergiqoyulmadan əvvəl mənfəət (zərər)

 

 

31 265 660,71

Mənfəət vergisi

 

 

6 201 285,54

Hesabat dövründə xalis mənfəət (zərər)

 

 

25 064 375,17

 

A K T İ V L Ə R

İlin əvvəlinə

Hesabat dövrünün sonuna

I .UZUNMÜDDƏTLİ AKTİVLƏR

 

 

Torpaq, tikili və avadanlıqlar

44 391,29

216279,69

Torpaq, tikili və avadanlıqlarla bağlı məsrəflərin kapitallaşdırılması

 

 

Daşınmaz əmlaka investisiyalar

 

 

Qeyri-maddi aktivlər

331 449,47

272465,24

Təxirə salınmış vergi aktivləri

 

 

Uzunmüddətli debitor borcları

 

 

Uzunmüddətli maliyyə aktivləri:

34 301 889,36

57802429,9

               dövlət qiymətli kağızları

11 515 159,47

31709200,01

               qeyri-dövlət qiymətli kağızları

22 786 729,89

26093229,89

               sair maliyyə aktivləri

 

 

İştrak payı metodu ilə uçota alınmış investisiyalar

3 921 500,00

 

Təsisçi və ya səhmdarlarla hesablaşmalar

 

 

Sair aktivlər

 

1067710,43

Cəmi uzunmüddətli aktivlər

38 599 230,12

59358885,26

II . QISAMÜDDƏTLİ AKTİVLƏR

 

 

Ehtiyatlar

 

 

Debitor borcları:

8 847 934,01

5365456,45

               birbaşa sığorta üzrə

 

 

               təkrarsığorta əməliyyatları üzrə :

3 289 846,36

2973257,39

                 - təkrarsığortaçı üzrə

 

 

                 - təkrarsığortalı üzrə

3 289 846,36

2973257,39

               asılı təşkilatlar üzrə

 

 

               büdcə üzrə

973 914,85

0

               iddia tələbləri üzrə

1 455 243,44

1455243,44

               işçi heyəti üzrə

 

 

               sığortalılara verilən borclar üzrə

 

 

               sair debitorlar

3 128 929,36

936955,62

Pul vəsaitləri  və onların ekvivalentləri:

17 786 039,26

19154235,44

                     kassa

1 138,39

4046,55

                     hesablaşma hesabı

2 517 278,60

12971844,29

                     valyuta hesabı

508 731,51

1071339,13

                     depozit hesablar

14 750 500,00

5100000

                     sair pul vəsaitləri

8 390,76

7005,47

Qısamüddətli maliyyə aktivləri:

30 884 691,57

27895725,98

                     dövlət qiymətli kağızları

30 884 691,57

27895725,98

                     qeyri-dövlət qiymətli kağızları

 

 

                     sair maliyyə aktivləri

 

 

Sığorta ehtiyatlarında təkrarsığortaçıların payı:

6 048 642,63

6427730,07

                      həyat sığortası sahəsi üzrə

612 783,65

714453,54

                      qeyri-həyat sığortası sahəsi üzrə

5 435 858,98

5713276,53

Sair qısamüddətli aktivlər:

0,00

0

                      gələcək hesabat dövrlərinin xərcləri

 

 

                      verilmiş  avanslar

 

 

                      təhtəl hesablar

 

 

Sair aktivlər

40,00

40

Cəmi qısamüddətli aktivlər

63 567 347,47

58843187,94

CƏMİ AKTİVLƏR

102 166 577,59

118202073,20

 

 

 

 

 

 

 

K A P İ TA L  VƏ    Ö H D Ə L İ K L Ə R

İlin əvvəlinə

Hesabat dövrünün sonuna

I . KAPİTAL

 

 

Ödənilmiş nominal (nizamnamə) kapitalı

50000000

50 000 000,00

Emissiya gəliri

 

 

Geri alınmış kapital (səhmlər)

 

 

Kapital ehtiyatları:

5 766 000,00

5 766 000,00

              yenidən qiymətləndirilmə üzrə ehtiyat

 

 

              digər kapital ehtiyatları

5 766 000,00

5 766 000,00

Bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)

21 576 527,91

34 892 986,41

              Hesabat dövründə xalis mənfəət (zərər)

21 394 135,46

25 064 375,17

              Mühasibat uçotu siyasətində dəyişikliklərlə bağlı
              mənfəət (zərər) üzrə düzəlişlər

 

 

              Keçmiş illər üzrə bölüşdürülməmiş mənfəət
              (ödənilməmiş zərər)

182392,45

9 828 611,24

              Elan edilmiş dividendlər

 

 

Cəmi kapital

77 342 527,91

90 658 986,41

II. UZUNMÜDDƏTLİ ÖHDƏLİKLƏR

 

 

Sığorta ehtiyatları:

23 690 961,20

25 289 287,58

               Həyat sığortası sahəsi üzrə :

1 118 873,94

853 054,32

               Qeyri-həyat sığortası sahəsi üzrə:

22 572 087,26

24 436 233,26

Qarşısıalınma tədbirləri fondu

 

 

Uzunmüddətli faiz xərcləri yaradan öhdəliklər

 

 

Uzunmüddətli qiymətləndirilmiş öhdəliklər

 

 

Təxirəsalınmış vergi öhdəlikləri

 

 

Kreditor borcları :

 

 

                  əməyin ödənilməsi üzrə

 

 

                  büdcə üzrə

 

 

                  sosial sığorta və təminat üzrə

 

 

                  digər məcburi ödənişlər üzrə

 

 

                  asılı təşkilatlar üzrə

 

 

                  sair kreditorlar

 

 

Sair uzunmüddətli öhdəliklər:

 

 

                  gələcək hesabat dövrünün gəlirləri

 

 

                  alınmış avanslar

 

 

Təkrarsığorta əməliyyatları üzrə öhdəliklər:

887 100,35

629 138,04

                  təkrarsığortaçı üzrə

887 100,35

629 138,04

                  təkrarsığortalı üzrə

 

 

Təsisçi və ya səhmdarlarla hesablaşmalar

 

 

Sair öhdəliklər

 

 

Cəmi uzunmüddətli öhdəliklər

24 578 061,55

25 918 425,62

III . QISAMÜDDƏTLİ ÖHDƏLİKLƏR

 

 

Qısamüddətli faiz xərcləri yaradan öhdəliklər

 

 

Qısamüddətli qiymətləndirilmiş öhdəliklər

 

 

Vergi və sair məcburi ödənişlər üzrə öhdəliklər

 

 

Kreditor borcları:

245 988,13

1 624 661,17

                  əməyin ödənilməsi üzrə

 

 

                  büdcə üzrə

 

1 173 592,74

                  sosial sığorta və təminat üzrə

 

 

                  digər məcburi ödənişlər üzrə

 

 

                  asılı təşkilatlar üzrə

 

 

                  sair kreditorlar

245 988,13

451 068,43

Sair qısamüddətli öhdəliklər:

 

 

                  gələcək hesabat dövrünün gəlirləri

 

 

                  alınmış avanslar

 

 

Təsisçi və ya səhmdarlarla hesablaşmalar

 

 

Sair öhdəliklər

   

 

 

Cəmi qısamüddətli öhdəliklər

245 988,13

1 624 661,17

CƏMİ ÖHDƏLİKLƏR

24 824 049,68

27 543 086,79

CƏMİ KAPİTAL VƏ ÖHDƏLİKLƏR

102 166 577,59

118 202 073,20

Qeyd : Ödənilməsinə zəmanət verilmiş məbləğlərin cəmi*

 

 

14.03.2019 05:49

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ