Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Sumqayıt Texnologiyalar Parkı yeni "STP Panel" brendini təqdim edir

iç səhifə xəbər başlığı altı (mobil)_31
Sumqayıt Texnologiyalar Parkı yeni "STP Panel" brendini təqdim edir
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

TƏK ŞƏXSİYYƏT VƏSİQƏSİLƏ 15 DƏQİQƏYƏ KREDİT!

 

® Sumqayıt Texnologiyalar Parkı mart ayından etibarən “STP Panel” brendi altında olan məhsulları bazara təqdim edir.  Artıq  müştərilər STP-nin Sendviç Panellər zavodunda istehsal olunan məhsulları  yeni brend altında əldə edə biləcəklər.

 

STP panel” brendi bir sıra məhsulları əhatə edəcək.

 

Bu brend əsasən sendviç panel, alüminium kompozit panel (Alkopan), metal profilli dam örtükləri (Profnastil), metal-kirəmit (Çerepitsa) kimi məhsullar bu ticarət nişanı ilə bazara təqdim ediləcək. 

 

STP panelin daş yun sendviç panelləri

STP Azərbaycanda ilk daş yun materialı ilə sendviç panel istehsal edən qurumdur. Son illərdə inşaat sektorunda daha qabaqcıl müasir texnoloji materiallardan istifadə olunur. İzolyasiyanın tələb olunduğu hər sahə üçün ən müasir material isə daş yunu hesab edilir. Daş yunu təbii vulkanik süxurlardan əldə edilir. 1600 dərəcə istiliyə məruz qalan material daha sonra sıxılaraq lazımi formaya salınır. STP sendviç panellərin istehsalı zamanı ən yüksək keyfiyyətə malik daş yun materiallarından istifadə edir. Bu tip sendviç panellər xüsusilə yanğın riski yüksək olan binalara təklif olunur. Həm fasad, həm arakəsmə divarlar, həmçinin də dam örtüyü üçün istifadəyə uyğundur.

 

STP panelin poliuretan sendviç panelləri

 

Poliuretan sendviç panellərin istehsalı zamanı yüksək keyfiyyətli izosionat, poliol, pentan və katalizator kimi xammallardan istifadə olunur. “STP panel” çox yüksək keyfiyyəti, əla istilik izolyasiyası, asan quraşdırılma və sökülmə qabiliyyəti, uzunömürlülüyü, yanğına və suya yüksək davamlılığı, səs izolyasiyası, korroziyaya davamlılıq kimi xüsusiyyətləri ilə seçilir. Demək olar ki, bütün iqlim zonalarında xarici divarlar və arakəsmə divarlar, həmçinin dam örtüyü üçün istifadə olunur. Ümumiyyətlə qeyd edtmək lazımdır ki, “STP panel”-in məhsulları öz rəqiblərindən nəzərə çarpacaq dərəcədə seçilir.  5 qabırğalı quruluşa malik olduğu üçün 600  kiloqrama qədər ağırlığa tab gətirir.  Dözümlü metal lövhələrdən istifadə edildiyi üçün tikinti zamanı istifadə edilən metal konstruksiyada qənaətə səbəb olur. 

 


 

Sifariş etmək üçün əlaqə vasitələri

 

STP Azərbaycanda fəaliyyət göstərən inşaat materiallarının satışını və dağıtımını təşkil edən şirkətləri əməkdaşlığa dəvət edir. Sifarişçinin istəyinə uyğun qalınlıqda və rəngdə polad təbəqədən istifadə edən “STP panel” məhsullarını əldə etmək üçün  [email protected] email ünvanina yaza və ya  *0990 qısa nömrəsinə zəng edə  bilərsiniz. STP-nin potensialı müştərilərin sifarişini vaxtlı-vaxtında və yüksək keyfiyyətlə yerinə yetirməyə tam imkan verir.

14.03.2019 09:30

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ