Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Özbaşına və sənədsiz inşa edilmiş evlər sənədləşdiriləcək - PREZİDENT ADMİNİSTRASİYASINDAN TAPŞIRIQ

iç səhifə xəbər başlığı altı (mobil)_31
Özbaşına və sənədsiz inşa edilmiş evlər sənədləşdiriləcək - PREZİDENT ADMİNİSTRASİYASINDAN TAPŞIRIQ
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Daşınmaz əmlakın qeydiyyatı sahəsində son illər bir sıra yeniliklər və vətəndaşlara göstərilən xidmətlərin keyfiyyətinin artırılması ilə bağlı geniş tədbirlər həyata keçirilir.

 

Reklam_3_11

Bununla bağlı “kütləvi çıxarış”, “əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol” kimi sosial layihələr reallaşdırılmaqla vətəndaşlara öz ünvanlarında xidmət göstərilir, əmlaklarının qeydiyyata alınması məsələləri təbliğ edilir. 

 

Lakin qeyd edilməlidir ki, bir çox hallarda vətəndaşlar tərəfindən  kənd təsərrüfatı təyinatlı torpaqlarda, habelə mühafizə zolaqlarında yaşayış və ya qeyri-yaşayış binaları inşa edilir ki, onların qeydiyyata alınması qanunvericiliklə mümkün olmur və  çətinliklər yaranır.

 

Digər tərəfdən vətəndaşlar qeydiyyatla bağlı müvafiq sənədləri olmasına baxmayaraq əmlaklarının qeydiyyata alması ilə bağlı müraciət etmirlər.

 

 

Əmlak Məsələləri Dövlət Komitəsindən "Marja"ya daxil olmuş məlumata görə, hazırda Azərbaycan Respublikasının Prezident Administrasiyasının tapşırığına uyğun olaraq Komitə tərəfindən  özbaşına və sənədsiz inşa edilmiş tikililərin sənədləşdirilməsi ilə bağlı konsepsiya hazırlanır. Yaxın zamanlarda həmin konsepsiya Azərbaycan Respublikasının Prezident Administrasiyasına təqdim ediləcəkdir.

 

Eyni zamanda Ölkə başçısının tapşırığına əsasən istismara qəbul edilmiş çoxmərtəbəli yaşayış binalarında yerləşən mənzillərin qeydiyyata alınması sahəsində bilavəsitə ünvanlarda sakinlərin çıxarışlarının verilməsi işlərinə başlanılmış və davam etdirilir.  

 

TƏK ŞƏXSİYYƏT VƏSİQƏNİZİ TƏQDİM EDİN, 15 DƏQİQƏYƏ KREDİT ALIN

 

14.03.2019 15:33

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ