Azərbaycana qaz satışından daxil olan valyuta kəskin artıb

“Marja” Dövlət Gömrük Komitəsinin aylıq hesabatına istinadən xəbər verir ki, 2019-cu ilin yanvar-fevral ayları ərzində Azərbaycandan 2 milyard 603 milyon 955 min dollar dəyərində 5 milyon 781 min 785 ton xam neft ixrac olunub.

 

2018-ci ili eyni dövründə Azərbaycandan 1 milyard 827 milyon 303 min dollar dəyərində 3 milyon 648 min 802 ton xam neft ixrac olunmuşdu. Beləliklə, xam neft ixracı dəyər ifadəsində 42,5%, miqdar ifadəsində isə 58,5% artıb.

 

 

2019-cu ilin yanvar-fevral ayları ərzində Azərbaycandan 212 milyon 357 min dollar dəyərində 2 milyard 20 milyon kub metr təbii qaz ixrac olunub. Ötən ilin eyni dövründə 29 milyon 428 min dollar dəyərində 205 milyon kub metr təbii qaz ixrac olunmudşu. Beləliklə, təbii qaz ixracı dəyər ifadəsində 7,2 dəfə, miqdar ifadəsində isə 9,8 dəfə artıb.

 

Azərbaycanın ixracının 89,3%-i xam neft və qazın payına düşür.

 

TƏK ŞƏXSİYYƏT VƏSİQƏSİLƏ 15 DƏQİQƏYƏ KREDİT!

15 Mart 2019 , 08:17   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99412)437-84-44,(+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin