Azərbaycanda 7 bankın nizanamə kapitalı artıb

Bu il yanvarın 1-nə olan vəziyyətə görə, Azərbaycanda fəaliyyət göstərən 30 bankdan 7-nin nizamnamə kapitalı illik müqayisədə artıb.

 

Bunlar "Bank VTB Azərbaycan", "Nikoyl Bank", "Bank Respublika", "Kapital Bank", "Rabitəbank", "Muğan Bank" və "AGBank"dır. Ən yüksək dinamika "Bank VTB Azərbaycan"da (6,2 dəfə), ən aşağı dinamika isə "AGBank"da (1,6%) qeydə alınıb.

 

Qalan 23 bankın isə nizamnamə kapitalı dəyişməyib. 


 6 bankın nizamnamə kapitalı 200 milyon manatdan çoxdur


Bu il yanvarın 1-nə olan vəziyyətə görə, Azərbaycanda fəaliyyət göstərən 30 bankdan 6-nın nizamnamə kapitalı 200 milyon manatdan çoxdur.

 

Bunlar "Azərbaycan Beynəlxalq Bankı" (1 241,287 milyon manat), "Nikoyl Bank" (348 milyon manat),  "PAŞA Bank" (333 milyon manat), "Bank VTB Azərbaycan" (315,815 milyon manat), "Kapital Bank" (225,85 milyon manat) və "Xalq Bank"dır (225,079 milyon manat).

 

Qalan 24 bankdan 7-də nizamnamə kapitalı 100-200 milyon manat arasında, 12 bankda 50-100 milyon manat arasında, 3 bankda 50 milyon manat, 2 bankda - "Amrah Bank"da və Pakistan Milli Bankının Bakı filialında isə 50 milyon manatdan da azdır.

 

TƏK ŞƏXSİYYƏT VƏSİQƏSİLƏ 15 DƏQİQƏYƏ KREDİT!

 

© "Renkinq"

15 Mart 2019 , 08:53   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99412)437-84-44,(+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin