Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

Fed/Yellen: İqtisadiyyat yolunda gedərsə Martda faiz artırmaq olar

iç səhifə xəbər başlığı altı (mobil)_31
Fed/Yellen: İqtisadiyyat yolunda gedərsə Martda faiz artırmaq olar

ABŞ Mərkəzi Bankı Fed-in sədri Janet Yellen, Cümə günü Çikaqoda etdiyi çıxışında, iqtisadiyyatın gözlənildiyi kimi yolunda getməsi vəziyyətində Mart ayında faizləri artırmağın uyğun olacağını söyləyib.

 

"Marja" xəbər verir ki, Fed sədri, faizlərin mərhələli  artırılacağını bildirib. Fed rəsmilərinin iqtisadiyyatda sabit inkişaf gözləntilərinin əlavə faiz artırımları üçün əsas yaratdığını bildirən Yellen, bu il ərzində neçə dəfə faiz artırılacağına dair ipucu verməyib.

 

 Fed rəsmiləri, 2017-ci il ərzində 3 dəfə faiz artırılacağı proqnozunu vermişdilər.


 
Yellen çıxışında, işə qəbulların sağlam olduğunu və iqtisadi mənzərənin təşviqedici olduğunu deyib. Fed sədri, gələcək mərhələli faiz artırımlarının iqtisadiyyatın çox qızmasının qarşısını almaq məqsədilə ediləcəyini bildirib.


 
Yellen, ölkə xaricindən gələn risklərin "bir qədər geri çəkilmiş" olduğunu qeyd edib.

 

Qeyd edək ki, Fed-in növbəti toplantısı 14-15 Mart tarixlərində baş tutacaq və toplantıdan sonra faiz qərarını açıqlayacaqdır. Adətən, Fed faiz artıran dövrlərdə Dollar güclənir, neft ucuzlaşır. Bu il Fed ən azı 3 dəfə faiz artırarsa Dollar daha da güclənə və neft ucuzlaşa bilər. Bu vəziyyət Azərbaycan daxil inkişaf etməkdə olan ölkələr üçün yaxşı deyil.

03.03.2017 19:44

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ