Sorğudan keç və KASKO sığortanı 1%-lə əldə et

(®) Azərbaycanda ilk dəfə avomobil sığortası üzrə qiymətləndirmə sistemi  (İnsurance Scoring System) təqdim edildi.


 

“Bakı Sığorta” şirkəti sığorta bazarına yeniliklər gətirməyə davam edir. 

 

Sığorta şirkəti bu dəfə avtomobil sığortası üzrə yeni qiymətləndirmə sistemini (Insurance Scoring System) təqdim edib. Standart yanaşmalardan fərqli olaraq bu sistem KASKO sığortanı daha ucuz, illik 1%-lə (orta bazar qiymətlərindən 60 % aşağı qiymətlə) əldə etmək imkanı yaradır.

 

Belə ki, tələb olunan məlumatları doldurduqdan sonra sistem avtomatik olaraq 1%-lik təklifə uyğunluğu yoxlayır və real vaxtda qiymətləndirmə aparır.  Əgər nəticə uğurludursa, şəxs KASKO sığortanı illik 1 % tariflə əldə etmək haqqı qazanır.

 

Konkret bir misal üzərindən bu yanaşmanın üstünlüyünü və faydasını belə izah etmək olar: misal üçün, dəyəri 30 000 manat olan avtomobilin normal halda (orta bazar qiyməti) KASKO sığortası 840 manatdır. Lakin, sistem vasitəsi ilə eyni avtomobili 300 manata sığorta etmək imkanı yaranır. Bu 540 manat qənaət etmək şansı deməkdir.

 

Bu səbəbdən KASKO sığortası almadan bu sistemdə qiymətləndirmədən keçmək hər bir halda faydalıdır.

 

Tətbiq yalnız şəxsi məqsədlər üçün istifadə edilən avtomobillər üçün nəzərdə tutulmuşdur.     

 

Siz də sorğudan keçin və avtomobilinizi illik 1 % tariflə sığortalamaq haqqınızın olub - olmadığını öyrənin.

 

Sistemə keçid linki: https://bakisigorta.az/#/product/auto
20 Mart 2019 , 12:20   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Eurohome
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99412)437-84-44,(+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin