Norveç şirkətinin podratçısı oldu - 2 QUYU QAZACAQ

Azərbaycanın "Caspian Drilling Company" (CDC) şirkəti Xəzər dənizinin Azərbaycan sektorunda "Qarabağ" yatağında qazma əməliyyatları üzrə Norveçin “Equinor” şirkətinin podratçısı olub.

 

“"Caspian Drilling Company Ltd" (CDC) və Norveçin "Equinor Azerbaijan Karabagh BV" (“Equinor”un törəmə strukturu) şirkətləri arasında qazma əməliyyatlarının aparılmasına dair müqavilə imzalanıb. müqaviləni CDC-nin baş direktoru Fərid Axundov və "Equinor"un regional meneceri Favad Quraişi imzalayıblar. Müqaviləyə əsasən, "Caspian Drilling Company" "Qarabağ" yatağında iki quyu qazacaq”, - CDC-nin məlumatında deyilir.

 

Şirkətin məlumatına görə, ilk buruq "Dədə Qorqud" yarımdalma qazma qurğusunun reaktivasiyasından sonra qazılacaq. Qurğunun reaktivasiyası CDC-nin dəniz bazasında və şirkətin mütəxəssisləri tərəfindən həyata keçiriləcək.

 

“Reaktivasiyanın yekunlaşması və qazma işlərinə başlanması üçün nəzərdə tutulan tarix 2019-cu ilin III rübüdür”, - məlumatda vurğulanır.

 

Öncə SOCAR-ın prezidenti Rövnəq Abdullayev məlumat verib ki, “Equinor” şirkəti 2019-cu ilin II yarısında “Qarabağ” yatağında ilk kəşfiyyat quyusunun qazma işlərinə başlayacaq.

 

31 may 2018-ci il tarixində Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) ilə Norveçin “Equinor” şirkəti arasında Xəzər dənizinin Azərbaycan sektorunda perspektiv strukturların işlənməsi haqqında iki müqavilə imzalanıb.

 

Xüsusilə “Xəzər dənizinin Azərbaycan sektorunda Əşrəfi-Dan Ulduzu-Aypara sahəsinin kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü” (HPBS) haqqında saziş imzalanıb.

 

Bundan başqa, “Xəzər dənizinin Azərbaycan sektorunda “Qarabağ” neft yatağının işlənməsi ilə əlaqədar risk xidməti” (RXS) haqqında saziş imzalanıb.

 

Layihələrin icrası üçün “Equinor” və SOCAR tərəfindən 50-50 birgə əməliyyat şirkəti yaradılacaq.

 

AŞAĞI FAİZLƏ TƏCİLİ PUL KREDİTİ

 

“Qarabağ” neft yatağının işlənməsi ilə əlaqədar risk xidməti” haqqında sazişə əsasən “Equinor” şirkəti 12 ay ərzində müqavilə sahəsində ehtiyatların qiymətləndirilməsi üçün bir kəşfiyyat quyusu qazacaq. Qazmanın nəticələri layihənin kommersiya cəhətdən əlverişliliyini təsdiq edərsə, işlər davam etdiriləcək. Əks halda, “Equinor” müqavilədən çıxmaq hüququna malikdir.

 

“Equinor” layihədən çıxarsa, qazılmış quyu SOCAR-ın sərəncamında qalacaq. 

15 Mart 2019 , 10:13   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Eurohome
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99412)437-84-44,(+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin