Azərbaycandan Gürcüstana pul köçürmələri azalıb

Bu ilin fevral ayında Azərbaycandan Gürcüstana 1,42 mln. ABŞ dolları məbləğində pul köçürülüb.

 

Bu barədə qonşu ölkənin Milli Bankının aylıq hesabatında bildirilir.

 

 

Məlumata görə, bu, yanvar ayı ilə müqayisədə 11% azdır. 

 

Ötən ay Gürcüstandan Azərbaycana isə 842,2 min dollar pul köçürülüb. Bu isə aylıq müqayisədə 2,1% çoxdur. 

 

Ümumilikdə isə fevralda Gürcüstana müxtəlif ölkələrdən, ümumilikdə, 125,5 mln. dollar köçürülüb ki, bu da ötən ilin eyni göstəricisi ilə müqayisədə 10,2% və yaxud 11,6 mln. dollar çoxdur.

 

Hesabat ayında qonşu ölkəyə ən çox pul köçürmələri Rusiyadan (31,62 mln. dollar) həyata keçirilib.

 

TƏK ŞƏXSİYYƏT VƏSİQƏSİLƏ 15 DƏQİQƏYƏ KREDİT!

 

© Report 

15 Mart 2019 , 14:16   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Eurohome
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99412)437-84-44,(+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin