Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

"Tesla" ucuz SUV-sini təqdim etdi - QİYMƏTİ

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Tesla" ucuz SUV-sini təqdim etdi - QİYMƏTİ
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

ABŞ-ın elektrikli avtomobil istehsalçısı Tesla, orta seqment SUV modeli "Model Y"nin təqdimatını keçirib. Markanın "ucuz" SUV-si mövqeyində olan model, ABŞ-da 39 min dollardan başlayan qiymətlərlə satışa təqdim olunacaq.


 

Reklam_3_11

Elektrikli avtomobil istehsalçısı "Tesla" yeni SUV-sini (krossover) - "Model Y"-ni təqdim edib. 

 

"Marja" xəbər veri ki, markanın ilk SUV-si "Model X"dan kiçik olan avtomobildə, "Model X"dakı "qanad qapılar" yerinə klassik formadakı qapılara yer verilib.

 

Verilən məlumata görə, ABŞ-da 47 min dollardan başlayan qiymətlər ilə satışa təqdim olunan "Model Y", 2020-ci ildə yollara çıxacaq. Bir dolum ilə 480 kilometrlik bir mənzil təqdim edən avtomobil, 0-dan 100 km/saat sürətə isə 5.5 saniyə ərzində çıxır. 2020-ci ilin Sentyabrdan etibarən avtomobilin istehsalının ayda 2 minə qaldırılması gözlənilir.

 

 

"Model Y"nin 39 min dollarlıq versiyası da satışa təqdim olunacaq. Bu versiyanın 2021-ci ildə yollarda olacağı qeyd olunub. Bu versiyada təqdim olunan mənzil 370 kilometrdir və avtomobil 0-dan 100 km/saat sürətə 5.9 saniyə ərzində çata bilir.

 

 "DİGƏR MODELLƏRİMİZDƏN DAHA ÇOX SATILACAQ"

 

"Model Y"nin təqdimat tədbirində açıqlamalar verən şirkətin direktoru Elon Musk, ""Model Y", bir SUV olmaqla bərabər, eyni zamanda bir idman avtomobilinin verdiyi sürüş hissini təqdim edir. Bu xüsusiyyəti döngələrdə daha çox önə çıxır. Güman edirəm, "Model Y"nin satışları "Model 3", "Model X" və "Model S"in cəmini keçəcək" deyib.

 

TƏK ŞƏXSİYYƏT VƏSİQƏSİLƏ 15 DƏQİQƏYƏ KREDİT!

 

Mütəxəssislər, ABŞ-da qiyməti 40 min ilə 90 min dollar aralığında olan SUV-lərin 1.4 milyon ədədlik satış rəqəminə imza atdığını vurğulayaraq, "Model Y"nin rəqibləri arasında şansının yüksək olduğunu bildirirlər. 

 

Ətraflı: https://www.tesla.com/modely

15.03.2019 11:39

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ