"Plato Menecment İnvestisiya Şirkəti" adını dəyişib

Plato Menecment İnvestisiya Şirkəti" ASC adını "Plato Capital and Co. İnvestisiya Şirkəti"nə dəyişib. 

 

Bu barədə maliyyə bazarındakı mənbəyə istinadən xəbər verilir. 

 

Xatırladaq ki, bu maliyyə qurumu 2002-ci ildə "Texnika Kapital Menecment" adı ilə yaradılıb, 2015-ci ildə adını "Kapital Menecment"ə, 2018-ci ildə isə "Plato Menecment"ə dəyişib. Onun nizamnamə kapitalı 580 min manatdır. İnvestisiya şirkətinin səhmlərinin 99%-i Böyük Britaniyanın “Plato Capital International Holding Limited” investisiya şirkətinə, 1%-i isə adı açıqlanmayan xarici investora məxsusdur. 

 

TƏK ŞƏXSİYYƏT VƏSİQƏSİLƏ 15 DƏQİQƏYƏ KREDİT!

 

© Report

15 Mart 2019 , 15:45   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Eurohome
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99412)437-84-44,(+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin