Ən yuxarı statik reklam-3_3

Maliyyə Nazirliyində pul-məzənnə siyasətinin təkmilləşdirilməsi müzakirə edilib

iç səhifə xəbər başlığı altı (mobil)_31
Maliyyə Nazirliyində pul-məzənnə siyasətinin təkmilləşdirilməsi müzakirə edilib
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

03 mart 2017-ci il tarixində Azərbaycan Respublikasının maliyyə naziri Samir Şərifov Beynəlxalq Valyuta Fondunun (BVF) Azərbaycan üzrə missiyasının rəhbəri Məhəmməd Əl Qorçinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etmişdir.

 

Görüşdə ölkədə makroiqtisadi sabitliyin və dayanıqlı iqtisadi artımın bərpa edilməsi məqsədilə hökumət tərəfindən həyata keçirilən tədbirlərə dair fikir mübadiləsi aparılmışdır.

 

Eyni zamanda, BVF-nun Azərbaycan üzrə missiyası fiskal yığcamlaşdırma və pul-kredit siyasətinin sərtləşdirilməsi, habelə Azərbaycanın bank sektorunun sağlamlaşdırılması istiqamətində həyata keçirilməkdə olan tədbirlərə dair ətraflı məlumatlandırılmışdır.

 

Büdcə-vergi sahəsində həyata keçirilən iqtisadi islahatların, eləcə də ölkənin bank sektorunun ən qısa zamanda sağlamlaşdırılmasına yönələn addımların vacibliyini vurğulayan Məhəmməd Əl Qorçi BVF tərəfindən bu tədbirlərin təqdir olunduğunu bildirmişdir.

 

Görüş zamanı həmçinin, BVF tərəfindən pul-məzənnə siyasətinin təkmilləşdirilməsi üzrə Azərbaycan Mərkəzi Bankına və ortamüddətli büdcə planlaşdırması və makro-fiskal çərçivənin formalaşdırılması üzrə Maliyyə Nazirliyinə texniki yardımın göstərilməsi ilə bağlı əməkdaşlıq perspektivləri müzakirə olunmuşdur.

 

Tərəflər BVF ilə Azərbaycan hökuməti arasında BVF-nun Əssnaməsinin IV Maddə üzrə məsləhətləşmələr missiyasının növbəti səfərinin cari ilin noyabr ayında həyata keçirilməsini razılaşdırmışdır.

04.03.2017 11:12

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ