Daşkənd-Bakı-Daşkənd reyslərinin sayı artırılır

“Özbəkistan Hava Yolları” aviaşirkəti 2019-cu ilin aprel ayından Daşkənd-Bakı-Daşkənd marşrutu üzrə həftəlik reyslərin sayını 2-dən 3-ə çatdıracaq. Bu barədə aviaşirkətin Bakı nümayəndəliyinin rəhbəri Abduqofar Rəcəbov məlumat verib.

 

“Bu ilin aprel ayından biz Daşkənd-Bakı-Daşkənd marşrutu üzrə uçuşların sayını həftədə 2-dən 3-dək artıracağıq. 2019-cu ildə bu marşrut üzrə cəmi 132 reys yerinə yetiriləcək”, - deyə o, bildirib.

 

 

Hazırda “Özbəkistan Hava Yolları” cümə axşamı və bazar günləri Daşkənd-Bakı-Daşkənd marşrutu üzrə birbaşa uçuşlar həyata keçirir.

 

“Apreldən etibarən uçuşlar çərşənbə axşamı günləri də həyata keçiriləcək”, - deyə o əlavə edib.

 

“Özbəkistan Hava Yolları” aviaşirkəti 2018-ci ildə Daşkənd-Bakı aviareysi ilə 28693 sərnişin daşıyıb ki, bu da 2017-ci ilin göstəricisindən 5,2% çoxdur.

 

TƏK ŞƏXSİYYƏT VƏSİQƏSİLƏ 15 DƏQİQƏYƏ KREDİT!

 

© “İnterfaks-Azərbaycan” 

15 Mart 2019 , 16:37   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99412)437-84-44,(+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin