Qlobal neft hasilatı azalıb

Qlobal neft hasilatı fevralda əvvəlki ayla müqayisədə gündəlik 340 min barrel azalaraq təxminən 99 milyon 750 min barrelə enib.
 


"Marja" xəbər verir ki, Beynəlxalq Enerji Agentliyinin aylıq neft bazarı hesabatına görə, Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) xam neft istehsalı gündəlik 240 min barrel azalaraq 30 milyon 680 min barel olub.
 

Xam neft xaricindəki digər OPEC hasilatı isə sutkada 5 milyon 570 min barel olub. Beləliklə, OPEC-in ümumi neft hasilatı gündəlik 36 milyon 250 min barel təşkil edib.


 
Fevralda OPEC daxilində gündəlik ən çox istehsal artımı İranda olub. İranda gündəlik hasilat 20 min barel artımla 2 milyon 740 min barrelə qalxıb.
 

 

Hesabata görə, ötən ay OPEC daxilində istehsal ən çox  Səudiyyə Ərəbistanı və Venesuelada azalıb. Səudiyyə Ərəbistanının gündəlik neft hasilatı 100 min barrel azalaraq 10 milyon 140 min barelə, Venesuelanın gündəlik hasilatı da 100 min barel azalaraq 1 milyon 140 min barrelə enib.
 

TƏK ŞƏXSİYYƏT VƏSİQƏSİLƏ 15 DƏQİQƏYƏ KREDİT!

 

OPEC-ə üzv olmayan ölkələrin neft hasilatı isə 100 min barrel azalaraq, bütövlükdə gündəlik 63 milyon 500 min barel olub.
 

Beləliklə, qlobal neft hasilatı fevralda əvvəlki ayla müqayisədə gündəlik 340 min barrel azalaraq 99 milyon 750 min barrelə enib.
 

2019-da tələbat artacaq
 

Hesabata görə, qlobal neft tələbinin bu il gündəlik orta hesabla 1 milyon 400 min barel artımla 100 milyon 600 min barrelə yüksələcəyi proqnozlaşdırılır.
 
 

15 Mart 2019 , 16:48   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Volksvagen Touareg Eurohome
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99412)437-84-44,(+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin