Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

Fond Bazarı İştirakçılarının Assosiasiyasında yığıncaq - REPO QAYDALARI DƏYİŞİR

iç səhifə xəbər başlığı altı (mobil)_31
Fond Bazarı İştirakçılarının Assosiasiyasında yığıncaq - REPO QAYDALARI DƏYİŞİR
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

15 mart 2019-cu il tarixində Azərbaycan Fond Bazarı İştirakçılarının Assosiasiyasının (AFBİA-nın) Ümumi Yığıncağı keçirilmişdir.

 

Reklam_3_11

AFBİA-dan “Marja”ya daxil olmuş məlumata görə, Ümumi Yığıncağın əsas mövzusu Repo əməliyyatlarının stimullaşdırılması məqsədilə Bakı Fond Birjasının ticarət qaydalarına və Repo Baş Razılaşmasına dəyişikliklərin son müzakirəsi olmuşdur.

 

Qeyd olunan məsələ ilə bağlı ilk növbədə BFB-nin İdarə Heyətinin Sədri Vüqar Namazov çıxış edərək, bildirmişdir ki, AFBİA tərəfindən təqdim edilmiş təkliflər əsasında Birjanın müvafiq ticarət qaydalarına və Repo Baş Razılaşmasına dəyişikliklərin ilkin versiyası hazırlanmışdır.O çıxışı zamanı iclas iştirakçılarına Repo qaydalarına edilən dəyişikliklər və bu dəyişikliklərin yaratdığı yeni imkanlarla bağlı ətraflı məlumat vermişdir. Həmçinin bildirmişdir ki, yeni dəyişikliklər prosesi daha da sadələşdirəcək və Repo predmeti olan qiymətli kağızların sayının artmasına imkan yaradacaqdır.

 

Daha sonra dəyişikliklərlə bağlı iclas iştirakçılarının fikirləri öyrənilmiş və dəyişikliklər iclas iştirakçıları tərəfindən də müsbət qarşılanmışdır.

 

Bundan başqa iclas zamanı gündəlikdə duran digər məsələlər müzakirə edilmiş, kapital bazarının inkişafı ilə bağlı təkliflər dinlənilmiş və bu təkliflərlə barəsində müvafiq qurumlara müraciət edilməsi qərara alınmışdır.

 

İclasın sonunda "BTB Kapital İnvestisiya Şirkəti" ASC-nin üzvlüyə qəbul müraciəti AFBİA-nın İdarə Heyəti tərəfindən müsbət qarşılanmış və “BTB Kapital İnvestisiya Şirkəti" ASC Assosiasiyanın yeni üzvü seçilmişdir.

15.03.2019 15:38

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ