Neftçalada yığılan avtomobillər anbarlara yığılır
“Marja” Dövlət Statistika Komitəsinin aylıq hesabatına istinadən xəbər verir ki, 2019-cu ilin yanvar - fevral aylarında Azərbaycanda 176 ədəd minik avtomobili istehsal edilib (yığılıb). 2018-ci ilin Yanvar - Fevralında Azərbaycanda minik avtomobili istehsal edilməmişdi.
2019-cu ilin Yanvar ayında 89 ədəd, Fevralında isə 87 ədəd minik avtomobili istehsal edilib.
01.03.2019-cu il vəziyyətinə hazır məhsul ehtiyatı 189 ədəd təşkil edib. 01.02.2019-cu il vəziyyətinə hazır məhsul ehtiyatı 190 ədəd təşkil etmişdi.
TƏK ŞƏXSİYYƏT VƏSİQƏSİLƏ 15 DƏQİQƏYƏ KREDİT!
Ötən il Azərbaycanda 969 ədəd minik avtomobili yığılmışdı. 01.01.2019-cu il vəziyyətinə hazır məhsul ehtiyatı 193 ədəd təşkil etmişdi (yığılmış avtomobillərin 20%-i).
Ötən ildən qalma hazır məhsul ehtiyatı və bu ilin 2 ayı ərzindəki istehsal daxil cəmi 369 avtomobilin 180-ni satılıb, 189-u anbarlardadır.
2019-cu ildə Neftçaladakı “Khazar” avtomobil zavodunda 3000 avtomobil istehsalı nəzərdə tutulur. Bunu “Azərmaş” ASC-nin idarə heyətinin sədri Emin Axundov jurnalistlərə açıqlamasında deyib.
Emin Axundov 2019-cu il Fevralın 11-də bildirmişdi ki, 2018-ci ilin yazında işə düşmüş Neftçala Avtomobil Zavodunda bu vaxta kimi 1250-dək avtomobil istehsal olunub. Bu rəqəm, rəsmi statistikadan yüksəkdir. Rəsmi statistikaya görə, ötən il və bu ilin Yanvar-Fevralında Azərbaycanda cəmi 1145 ədəd minik avtomobili istehsal edilib.
Azərbaycanda Naxçıvan Avtomobil Zavodu da minik avtomobilləri yığır.
Həmçinin, 2019-cu ilin Yanvar- Fevral dövründə ölkəmizdə 288 ədəd traktor istehsal edilib. 2017-ci ilin yanvar-fevral dövrü ilə müqayisədə traktor istehsalı 2,1 dəfə artıb.
Ötən il ölkəmizdə 1303 ədəd traktor istehsal edilmişdi.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 12 saat əvvəl
-
12 saat əvvəl
Avstriyanın “Grabher Group” şirkətilə birgə sənaye layihələri müzakirə edilib
- 12 saat əvvəl
- 13 saat əvvəl
- 13 saat əvvəl
- 14 saat əvvəl
-
14 saat əvvəl
Kreditlərinizi Kapital Bank-a gətirin nağdlaşdırma komissiyası olmadan kredit əldə edin
-
15 saat əvvəl
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
-
17 saat əvvəl
Motosikllər və elektrik mühərrikli velosipedlər 15 %-lik gömrük rüsumuna cəlb ediləcək
- 17 saat əvvəl
- 17 saat əvvəl
- 17 saat əvvəl