Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Külək əsəcək, yağış yağacaq - XƏBƏRDARLIQ

iç səhifə xəbər başlığı altı (mobil)_31
Külək əsəcək, yağış yağacaq - XƏBƏRDARLIQ

TƏK ŞƏXSİYYƏT VƏSİQƏSİLƏ 15 DƏQİQƏYƏ KREDİT!

 

Azərbaycanda istirahət gününə gözlənilən hava şəraiti açıqlanıb. 

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən bildirilib ki, martın 17-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

 

Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şimal-qərb küləyi gündüzdən başlayaraq arabir güclənəcək.

 

Havanın temperaturu gecə 5-8° isti, gündüz 11-15° isti, Bakıda gecə 6-8° isti, gündüz 13-15° isti təşkil edəcək.

 

Atmosfer təzyiqi normadan aşağı 756 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-80 % , gündüz 50-55% olacaq.

 

Nazirlik xəbərdarlıq edir ki, martın 17-si axşamdan 19-u axşamadək Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyinin 15-20 m/s, arabir 23-25 m/s, 18-də yarımadanın bəzi yerlərində arabir 28-30 m/s-dək güclənəcəyi, arabir yağış yağacağı, bəzi yerlərdə intensivləşəcəyi, 20-si gündüz tədricən kəsiləcəyi gözlənilir. Havanın temperaturu 4-7° aşağı enəcək.

 

Azərbaycanın rayonlarında sabah qərb rayonlarından başlayaraq arabir yağış yağacağı gözlənilir.

 

Bəzi yerlərdə intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Arabir duman. Qərb küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 5-8° isti, gündüz 14-19° isti, dağlarda gecə 0-4° isti, gündüz 4-8° isti təşkil edəcək.

 

Sinoptiklər xəbərdarlıq edir ki, martın 17-si gündüz qərb rayonlarından başlayaraq 20-si axşamadək arabir yağış, dağlıq və bəzi dağətəyi rayonlarda sulu qar, qar yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Qərb küləyi 17-19-da arabir 15-20 m/s, ayrı-ayrı yerlərdə arabir 23-28 m/s-dək güclənəcək. Havanın temperaturu 5-8° aşağı enəcək. Çaylarda sululuğun artacağı ehtimal olunur. 

16.03.2019 10:19

Müştərilərin xəbərləri

Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ