Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

Azərbaycan holdinqi daha 1000 nəfəri işə götürəcək

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycan holdinqi daha 1000 nəfəri işə götürəcək

Azərbaycanın istehsal və ticarət şirkəti “Azərsun Holdinq” daha 1000 iş yeri açmağı planlaşdırır.

 

Reklam_3_11

“Marja”nın məlumatına görə, bunu  "Azərsun Holdinq"in Müşahidə Şurasının sədri Abdulbari Gözəl media nümayəndələri ilə görüşü zamanı bildirib.

 

Onun sözlərinə görə, “Azərsun”un işçilərinin sayı daha da artacaqdır: “Çünki biz “AL Market"ləri çoxaldırıq. Yeni şöbələrin açılması ilə əlaqədar olaraq təxminən əlavə 1000 nəfər işə götürüləcəkdir”.

 

Abdulbari Gözəl qeyd edib ki, hazırda “Azərsun Holdinq”in işçilərinin sayı 12 min nəfər civarındadır.

 

 

Holdinqin rəhbəri ilin əvvəlində “Azərsun Holdinq”də aparılmış ixtisarın səbəbini də ictimaiyyətə açıqlayıb:

 

TƏK ŞƏXSİYYƏT VƏSİQƏSİLƏ 15 DƏQİQƏYƏ KREDİT!

 

“Bir müddət əvvvəl Holdinqin neft tranziti ilə məşğul olan qolundan 70-80 nəfəri işdən çıxardıq. Bunun səbəbi neftin tranzit nəqlinin azalmasıdır. Qazaxıstan Rusiya yolu ilə nəqlə üstünlük verir. Buna görə terminalda boş insanlar var idi. Onlara başqa işlər də təklif etdik. Amma onlar mühandis olduqlarından digər iş təklifimizi qəbul etmədilər”.

 

Abdulbari Gözəl əlavə edib ki, holdinqin zavodlarının böyüdülməsi və yeni istehsal sahələrinin yaradılması da nəzərdə tutulur.

18.03.2019 05:03

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ