Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Opel-in satışı tamamlandı

iç səhifə xəbər başlığı altı (mobil)_31
Opel-in satışı tamamlandı
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Fransanın Peugeot Société Anonyme (PSA) şirkəti ABŞ-ın General Motors (GM) şirkətilə Opel-in satışı məsələsində razılaşıb. Bundan sonra Opel şirkəti fransızlara məxsus olacaqdır.

 

"Marja" Reuters-ə istinadən xəbər verir ki, GM və PSA dünən əli sıxıblar.Tərəflər, bazar ertəsi günü mətbuat qarşısında avtomobil nəhənginin satıldığını elan edəcəklər.


 
Opel-lə birlikdə GM-in tərkibində yer alan Vauxhall-ın da PSA-nın tərkibinə keçməsi gözlənilir.


 
Opel rəsmiləri dünən şirkət əməkdaşlarını toplayaraq şirkətin satış prosesində olduğunu bildirib, lakin təfərrüat verməyiblər. 

 

GM 16 ildir ki, Avropada zərər açıqlayır. Opel-in ödəmək məcburiyyətində olduğu borc və təzminat məbləğlərinin 10 milyard dollara yaxın olduğu bildirilir.


 
PSA-nın rəhbəri Karlos Tavares müqavilə ilə bağlı çıxışında "Avropanın avtomobil çempionunu yarada bilərik" ifadəsini istifadə edib.

05.03.2017 08:36

Müştərilərin xəbərləri

Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ