Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

Azərbaycanın ilk üzüm istixanası

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycanın ilk üzüm istixanası

Kənd Təsərrüfatı Nazirliyinin aqrobiznesə ayırdığı güzəştli kreditlə yaradılan istixana Azərbaycanda ilk üzüm istixanasıdır.

 

Buraya qoyulan investisiyada sahibkar 28 faiz, Kənd Təsərrüfatı Nazirliyinin güzəştli krediti isə 72 faizlik paya malikdir. Dövlət dəstəyi ilə 2,5 hektar sahədə istixana qurulub, suvarma sistemi çəkilib, 2 su quyusu inşa edilib, su çəni və nasoslar alınıb, quraşdırılıb.

 

İstixanada “Red Globe” üzüm növü yetişdirilir. Həmtəsisçi Azər Yunusov deyir ki, üzüm istixanası kimi, bu növ də Azərbaycan üçün yenilikdir. “Red Globe” əkildikdən sonra on altıncı ayında bar verir. Məhsuldar olan bu sortun üstünlüklərindən biri də onun saxlanma şəraitidir. “Red Globe” ənənəvi üzüm növlərindən sonra yetişir və bazara çıxarılır.

 

“Bu üzüm sortunun Türkiyə və İtaliyada istixanalarda yetişdirildiyini görmüşdük. Türkiyədəki istixanalarda hər hektardan təxminən 80-120 ton məhsul götürürdülər. Məhsulu tingin üstündə ikinci ayın sonunadək saxlamaq mümkündür. Əsas üstün cəhətlərindən biri də odur ki, “Red Globe” üzümünü soyuducuda deyil, istixanada tingin üstündə saxlamaq mümkündür. Burada təxminən 8 minədək ting əkmişik. İnşallah, ildə 300 tondan çox üzüm yığmağı planlaşdırırıq”, - deyə o bildirib.

 

© Azərtac

05.03.2017 08:40

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ