Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

PAŞA Bank növbəti dəfə S.H.E – Beynəlxalq Qadınlar konqresinin partnyoru oldu

iç səhifə xəbər başlığı altı (mobil)_31
PAŞA Bank növbəti dəfə S.H.E – Beynəlxalq Qadınlar konqresinin partnyoru oldu
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

® Azərbaycanın aparıcı korporativ bankı – PAŞA Bank ardıcıl olaraq üç ildir ki, Bakıda keçirilən S.H.E – Beynəlxalq Qadınlar konqresinin partnyoru qismində çıxış edir.

 

Tədbirin əsas məqsədi iş mühitində və ümumilikdə cəmiyyətdə gender bərabərliyinin təşviq edilməsi üçün effektiv bir platforma yaratmaq, eləcə də, iqtisadiyyatın müxtəlif sahələrində qadınların iş fəaliyyətlərində üzləşdiyi aktual çətinlikləri müzakirə etməkdir.

 

Bu ilki konqresdə dünyanın 14 ölkəsindən bank, sığorta, fərdi sahibkarlıq, İKT, hüquq və məsləhət xidmətləri sahəsindən 500-dən çox işgüzar xanım nümayəndə iştirak edib. Tədbirdə çıxış edən spikerlər uğurlu karyera qurmaq, iş və ailə həyatı arasındakı balansın saxlanılması sirləri, gender stereotiplərinin aradan qaldırılması haqqında həyat təcrübələrini tədbir iştirakçıları ilə bölüşdülər. Tədbirin əsas müzakirə mövzusu müasir dövrdə ən son tendensiyaların formalaşması və dəyişikliklərin idarə edilməsi bacarıqlarının inkişafı oldu.

PAŞA Bankın Korporativ Kommunikasiyalar departamentinin direktoru Sona Abbasova öz çıxışında qeyd etdi ki, istənilən müasir şirkətin əhatəli və davamlı inkişafının əsasında kollektivdə gender bərabərliyinin təmin edilməsi əhəmiyyətli rol oynayır.

 

 “Müasir işgüzar qadının qarşısında duran ən böyük çətinlik ondan ibarətdir ki, özünə və cəmiyyətə sübut etsin ki, kişilərlə bərabər qarşıda duran məqsədlərə və nəticələrə nail olmağa qadirdir. PAŞA Bankda biz kollektivimizin  təxminən 40%-ni təşkil edən xanımların peşəkar bacarıqlarının və karyeralarının inkişaf etdirmələri səylərini dəstəkləyirik. Bu faktı da nəzərə alaraq onu deyə bilərəm ki, PAŞA Bankın yerli bazarda 10 ildən çox olan fəaliyyəti dövründə əldə etdiyi nailiyyətlərdə Bankın qadın əməkdaşlarının danılmaz rolu olmuşdur”, – deyə S. Abbasova fikrini tamamladı.

 

Qeyd edək ki, Beynəlxalq Qadınlar konqresi - S.H.E hər il "Azərbaycanın 100 işgüzar qadınları" icması tərəfindən təşkil olunur.

18.03.2019 08:59

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ