Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

250 manat dövlət rüsumu müəyyən edilir

iç səhifə xəbər başlığı altı (mobil)_31
250 manat dövlət rüsumu müəyyən edilir
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Könüllü dövlət daktiloskopik və genom qeydiyyatının aparılmasına görə tutulan dövlət rüsumunun məbləği müəyyənləşib.

Reklam_3_11


Bununla bağlı “Dövlət rüsumu haqqında” qanuna dəyişiklik edilir.

 

Qanuna 33-6-cı (Könüllü dövlət daktiloskopik və genom qeydiyyatının aparılmasına görə tutulan dövlət rüsumunun dərəcələri) maddəsi əlavə olunur.

 

Maddəyə əsasən, könüllü dövlət daktiloskopik qeydiyyatının aparılmasına görə 20, könüllü dövlət genom qeydiyyatının aparılmasına görə isə 250 manat dövlət rüsumu müəyyən edilir.

 

Layihədə xatırladılıb ki, dövlət daktiloskopik və genom qeydiyyatı daktiloskopik və genetik məlumatlar əsasında insan şəxsiyyətinin eyniləşdirilməsi məqsədilə aparılır.

 

Dəyişiklik layihəsi Milli Məclisin martın 29-da keçiriləcək plenar iclasında müzakirəyə çıxarılacaq.

 

-dövlət daktiloskopik qeydiyyatı - insan şəxsiyyətinin eyniləşdirilməsi üçün daktiloskopik məlumatların əldə olunması, uçotu, saxlanılması və istifadəsi üzrə fəaliyyət;


-dövlət genom qeydiyyatı - insan şəxsiyyətinin eyniləşdirilməsi üçün genetik məlumatların əldə olunması, uçotu, saxlanılması və istifadəsi üzrə fəaliyyət;

18.03.2019 10:57

Müştərilərin xəbərləri

Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ