Mobil manşet üstü reklam-3_21

Maaşı artırılır - 2475 MANAT ALACAQ

iç səhifə xəbər başlığı altı (mobil)_31
Maaşı artırılır -  2475 MANAT ALACAQ

Azərbaycanda Konstitusiya Məhkəməsinin hakimlərinin sosial müdafiəsi gücləndirilir.

 

Bununla bağlı “Konstitusiya Məhkəməsi haqqında” qanunun 71-ci ( Konstitusiya Məhkəməsi hakiminin əmək haqqı) maddəsinin 2 bəndi yeni redaksiyada verilib: “Konstitusiya Məhkəməsi sədrinin aylıq vəzifə maaşı Milli Məclis sədrinin aylıq vəzifə maaşına (2475 manat - red​) bərabərdir".

 

Hazırki bənd isə belədir: “Konstitusiya Məhkəməsi sədrinin aylıq vəzifə maaşı 2335 manatdır”.

 

Qanunun 73-cü (Konstitusiya Məhkəməsi hakiminin başqa təminatları) maddəsinə də dəyişiklik olunub. Əlavəyə əsasən, Konstitusiya Məhkəməsinin hakiminə bir aylıq vəzifə maaşı həcmində vəzifə maaşına əlavə ödənilir.

 

Qeyd edək ki, Milli Məclis sədri 2475 manat əmək haqqı alır.

 

Dəyişiklik layihəsi Milli Məclisin martın 29-da keçiriləcək plenar iclasında müzakirəyə çıxarılacaq.

18.03.2019 11:01

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Əsas səhifədə 1-ci reklam-2_8
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ