Kapital Bank daha bir beynəlxalq konfransda iştirak edib
Kapital Bank və Paşa Holdinq-in nümayəndələri 13-14 mart 2019-cu il tarixlərində Amerika Banklar Assosiasiyasının törəmə qurumu Maliyyə və Ticarət üzrə Banklar Assosiasiyası (BAFT) tərəfindən Dubayda keçirilən beynəlxalq forumda iştirak ediblər.
“Dəyiş. Uyğunlaş. İnkişaf et” şüarı altında keçirilən tədbirə Kapital Bank-ın İdarə Heyəti sədrinin Beynəlxalq Əlaqələr üzrə müşaviri Vüqar Sadiq və Paşa Holdinqin Baş iqtisadçısı Elman Eminov qatılıb.
Tədbir texnoloji yeniliklər, komplayens və bir sıra digər məsələlərlə bağlı müxtəlif beynəlxalq ekspertlərin çıxışları ilə yadda qalıb. Tədbir zamanı “Rəqəmsal
Transformasiyalar Dövründə Komplayens”, “Ödənişlərin Transformasiya Texnologiyası” və digər mövzularda müzakirələr aparılıb.
Kapital Bank-ın İdarə Heyəti sədrinin Beynəlxalq Əlaqələr üzrə müşaviri Vüqar Sadiq qeyd edib ki, bu ilki tədbirin əsas məqsədi maliyyə sektorunda yeni texnologiyaların əhəmiyyətini müzakirə etməkdir. Rəqəmsal transformasiyanın bir hissəsi kimi İnnovasiya, müştərilərdən yüksək gözləntilərə cavab vermək üçün yeni imkanlar yaradır, eyni zamanda, kiber təhlükəsizlik, yeni normativ siyasət, xüsusilə komplayens və fırıldaqçılığa qarşı xəbərdarlıq hallarına hazır olmağa zəmin yaradır.
Həmçinin, “MENA regionun iqtisadi reallığı” panelində çıxış edən Paşa Holdinqin Baş iqtisadçısı Elman Eminov bildirib ki, MENA regionu əsasən neft istehsalı və ixracı ilə xarakterizə olunur. Bu baxımdan yaxın və orta müddətli dövrdə neft qiymətinin dinamikası və ümumi iqtisadi aktivlikdə özəl sektorun iştirakının artırılması gündəlikdə duran əsas iqtisadi məsələlər olacaq.
Qeyd edək ki, tədbir 2017-ci ildə BAFT tərəfindən yaradılan MENA bölməsi (Middle East, North Africa) tərəfindən keçirilib və əsas məqsədi regionda olan mühüm məsələləri müzakirə etməkdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
8 saat əvvəl
“Kapital Bank” ASC-nin istiqrazlarının Bakı Fond Birjasında yerləşdirilməsi yekunlaşıb
- 8 saat əvvəl
-
8 saat əvvəl
Laçın hava limanının nəzarət sistemi ilə təchiz edilməsinə dair müqavilə imzalandı
-
8 saat əvvəl
Azərbaycan və Albaniya arasında viza tələbi aradan qaldırılır
-
8 saat əvvəl
“Qat-Qat Cake Shop” şirniyyat mağazasında yararsız məhsullar aşkarlanıb, rəhbərliyi cərimələnib
-
9 saat əvvəl
ABB-nin dəstəyi ilə ADA-da “Karyera Həftəsi”nə start verildi!
-
9 saat əvvəl
“Kapital Bank”ın dollar istiqrazlarına 104 investor 104 sifariş təqdim etdi - HƏRRACIN NƏTİCƏSİ
- 9 saat əvvəl
-
10 saat əvvəl
Rabitəbank 2024-cü ilin 1-ci rübü üzrə maliyyə göstəricilərini açıqlayıb
-
10 saat əvvəl
Xəzərdə süni torpaq sahələri dənizin şimal və cənub hissələrində yaradılacaq
- 10 saat əvvəl
- 10 saat əvvəl