Çin bu il iqtisadiyyatının artımını 6,5 faiz səviyyəsində hədəfləyib
Çin Xalq Respublikası (ÇXR) hökuməti cari ildə ümumi daxili məhsulun artımını 6,5 faiz səviyyəsində hədəfləyib. Bu barədə ÇXR Dövlət Şurasının sədri (Baş nazir) Li Keçyan 12-ci çağırış Ümumçin Xalq Nümayəndələri Yığıncağının beşinci sessiyasında hökumətin hesabatını təqdim edərkən deyib.
Qeyd edək ki, bu rəqəm dünyanın ikinci ən böyük iqtisadiyyatına malik Çinin son 25 ildə ən aşağı ümumi daxili məhsul artımı göstərici ola bilər. Belə ki, Çinin ildən-ilə artan iqtisadi inkişaf tempində son 6 ildə hər il azalma müşahidə olunur. Ötən il Çinin ümumi daxili məhsulu 6,7 faiz artmışdı.
Baş nazir bildirib ki, hökumət bu il şəhər yerlərində 11 milyon yeni iş yeri açmağı planlaşdırır ki, bu da ötənilki rəqəmdən 1 milyon çoxdur.
Ölkənin ali qanunverici orqanı olan Ümumçin Xalq Nümayəndələri Yığıncağının sessiyasında Çin üzrə təxminən 3 minə yaxın nümayəndə iştirak edir. Bir həftə davam edəcək sessiyada ölkə həyatının müxtəlif sahələrinə aid məsələlərlə bağlı müzakirələr aparılacaq, cari il üçün ölkə büdcəsi və iqtisadi inkişaf planı təsdiq olunacaq.
Ümumçin Xalq Nümayəndələri Yığıncağının hər çağırışının səlahiyyət müddəti 5 ildir. Onun sessiyaları ildə bir dəfə çağırılır. Sessiyalar arasında olan müddət ərzində Ümumçin Xalq Nümayəndələri Yığıncağının funksiyalarını onun Daimi Komitəsi həyata keçirir. Ümumçin Xalq Nümayəndələri Yığıncağının sessiyası ilə paralel olaraq Ümumçin Siyasi Məşvərət Şurasının illik iclası da keçirilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
“Kristal plaza Baku” restoranının fəaliyyəti məhdudlaşdırılıb
-
7 saat əvvəl
Birbank Biznes-dən yeni müştərilərə özəl “Xoş gəldin” kampaniyası
- 7 saat əvvəl
-
7 saat əvvəl
Xalq Bank növbəti dəfə irihəcmli beynəlxalq sindikat kreditləşməsi sövdələşməsində iştirak edib
-
8 saat əvvəl
Cənubi Koreyanın 4 avtomobil istehsalçısı 206 mindən çox avtomobilini geri çağırır
- 9 saat əvvəl
-
9 saat əvvəl
Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü başlayıb
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 10 saat əvvəl