Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

SOCAR Türkiyənin antiinhisar qurumuna müraciət edib

iç səhifə xəbər başlığı altı (mobil)_31
SOCAR Türkiyənin antiinhisar qurumuna müraciət edib
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

SOCAR (Azərbaycan Dövlət Neft Şirkəti, ARDNŞ) Almaniyanın “EWE A.G” enerji şirkətinin Türkiyədəki aktivlərini satın alınması üzrə əqdin hüquqi rəsmiləşdirilməsi prosesinə başlayıb.

 

TƏK ŞƏXSİYYƏT VƏSİQƏSİLƏ 15 DƏQİQƏYƏ KREDİT!

 

“SOCAR “EWE A.G”-nin səhmlərinin satın alınması məqsədilə Türkiyənin antiinhisar qurumuna müraciət edib. Qeyd olunan qurum tərəfindən razılıq əldə edəndən sonra SOCAR Bursagaz, Kayserigaz, Enervis, EWE Enerji və Millenicom şirkətlərini sərəncamına alacaq”, - İstanbul Fond Birjasının saytında məlumat verilir.

 

Xəbər verildiyi kimi, SOCAR 2019-cu ilin yanvar ayında “SOCAR “EWE A.G” enerji şirkətinin Türkiyədəki əməliyyatlarını idarə edən EWE Turkey Holdingi və qrupa daxil olan şirkətlərin satın alınmasını elan edib.

 

Dəyəri açıqlanmayan satın alma işlərinə Rəqabət Qurumu və digər əlaqədar təşkilatların razılığından sonra yekun vurulacaq.

 

 

EWE Turkey Holding Bursagaz və Kayserigaz ilə Türkiyənin dördüncü böyük təbii qaz tədarükçüsüdür.

 

Hazırda “SOCAR Turkey Enerji” “Petkim Petrokimya Holding”in nəzarət səhm paketinin (51%) sahibidir. “Star” neft emalı zavodu, konteyner terminalı və elektrik stansiyasının tikintisini həyata keçirən şirkət, həmçinin daxili bazara qaz tədarük edir.

19.03.2019 12:50

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ