Ən yuxarı (mobil)-2_30

“Kartla ödə, kartla qazan” adlı stimullaşdırıcı lotereyanın 1-ci tirajı oynandı - NƏTİCƏLƏR

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Kartla ödə, kartla qazan” adlı stimullaşdırıcı lotereyanın 1-ci tirajı oynandı - NƏTİCƏLƏR
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Azərbaycan Respublikası Mərkəzi Bankında cari ilin 15 mart tarixində rəqəmsal ödəniş vərdişlərinin aşılanması və nağdsız ödənişlərin genişləndirilməsi məqsədilə bütün ölkə əhalisini əhatə edən “Kartla ödə, kartla qazan” adlı stimullaşdırıcı lotereyanın 1-ci tirajı oynanılmışdır.

 

Tirajın keçirildiyi dövrdə Azərbaycan Republikası ərazisində emissiya edilmiş, korporativ və eyniləşdirilməmiş kartlar istisna olmaqla, bütün növ ödəniş kartları ilə ölkədə fəaliyyət göstərən təsərrüfat subyektlərində quraşdırılmış POS-terminallarda minimum 5 manat məbləğində nağdsız əməliyyat aparan kart istifadəçiləri avtomatik olaraq lotereya iştirakçısına çevrilərək, hər bir əməliyyata bir şans qazanmışlar.

 

Tiraj Mərkəzi Bankda yaradılmış kənar təşkilatların nümayəndələrindən ibarət Tiraj Komissiyasının nəzarəti altında oynanılmışdır. Ümumilikdə tiraj dövrü olan fevral ayında lotereya şərtlərinə uyğun olan 274 617 ödəniş kartı ilə aparılmış 1 069 712 əməliyyat iştirak etmişdir.

 

Lotereyanın uduş fondu birinci tiraj üzrə 600 qalibin hər birinə 50 (əlli) AZN təşkil etmişdir. Uduş haqda kart istifadəçilərinin banklar tərəfindən məlumatlandırılması və vəsaitlərin kart balanslarına əlavə olunması ən qısa zamanda həyata keçiriləcəkdir.

 

Qaliblərin siyahısı ilə Mərkəzi Bankın veb saytında tanış olmaq olar: https://www.cbar.az/page-133/stimullasdirici-lotereya

 

 

19.03.2019 14:03

Müştərilərin xəbərləri

Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ