Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Bakıda tikinti obyektlərinin tikintisinə və istismarına icazə verən İdarənin Əsasnaməsi

iç səhifə xəbər başlığı altı (mobil)_31
Bakıda tikinti obyektlərinin tikintisinə və istismarına icazə verən İdarənin Əsasnaməsi
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi haqqında ƏSASNAMƏ

 

Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 19 mart tarixli Fərmanı ilə təsdiq edilmişdir

 

1. Ümumi müddəalar

 

1.1. Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi (bundan sonra – Komitə) yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi (bundan sonra – Baş İdarə) Bakı şəhərinin inzibati ərazisində tikinti obyektlərinin tikintisinə və istismarına icazə verən, tikintiyə icazə üçün müraciət edilməzdən əvvəl aparılacaq tikintinin icazə verilən parametrləri barədə müraciətlərə baxan, tikinti məqsədləri üçün torpaq sahəsi ayrılarkən həyata keçirilməsi nəzərdə tutulan tikinti niyyətinin müvafiq ərazinin şəhərsalma sənədlərinə uyğunluğunu yoxlayan, səyyar və əsaslı tikinti olmayan obyektlərin, xırda pərakəndə ticarət obyektlərinin və komplekslərinin uyğunluğuna dair rəy verən, şəhərsalma kadastrının aparılmasını təmin edən, habelə bu Əsasnamədə nəzərdə tutulmuş digər sahələrdə (bundan sonra – müvafiq sahə) fəaliyyət göstərən, statusu mərkəzi icra hakimiyyəti orqanlarının yanında olan dövlət agentliklərinin və dövlət xidmətlərinin statusuna bərabər sayılan icra hakimiyyəti orqanıdır.

 

1.2. Baş İdarə öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Komitənin Əsasnaməsini, bu Əsasnaməni, Komitənin Kollegiyasının qərarlarını, Komitə sədrinin əmr və sərəncamlarını rəhbər tutur.

 

1.3. Baş İdarənin müstəqil balansı, üzərində Azərbaycan Respublikası Dövlət Gerbinin təsviri, Komitənin və Baş İdarənin adı həkk olunmuş möhürü, müvafiq ştampları və blankları, xəzinə və bank hesablarına vardır.

 

1.4. Baş İdarənin saxlanılması xərcləri və fəaliyyəti Komitənin təsdiq etdiyi xərc smetasına uyğun olaraq ayrılmış büdcə vəsaiti və qanunla nəzərdə tutulan digər mənbələr hesabına maliyyələşdirilir.

 

1.5. Baş İdarə Bakı şəhərində yerləşir.

 

2. Baş İdarənin fəaliyyət istiqamətləri

 

2.1. Baş İdarənin fəaliyyət istiqamətləri aşağıdakılardır:

 

2.1.1. müvafiq sahədə vahid dövlət siyasətinin formalaşmasında və həyata keçirilməsində iştirak etmək;

 

2.1.2. müvafiq sahənin inkişafını təmin etmək;

 

2.1.3. Baş İdarənin fəaliyyət istiqamətləri üzrə normativ hüquqi bazanın təkmilləşdirilməsi ilə bağlı Komitəyə təkliflər vermək;

 

2.1.4. dövlət şəhərsalma nəzarətini həyata keçirmək.

 

3. Baş İdarənin vəzifələri

 

3.1. Bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq, Baş İdarənin vəzifələri aşağıdakılardır:

 

3.1.1. dövlət proqramlarının həyata keçirilməsində iştirak etmək;

 

3.1.2. müvafiq sahə üzrə qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla elmi-texniki nailiyyətlərin tətbiqində iştirak etmək;

 

3.1.3. məskunlaşma sisteminin təhlükəli təbii proseslərdən və hadisələrdən mühafizəsi üçün tədbirlər hazırlanmasında iştirak etmək;

 

3.1.4. tikilməkdə və istismarda olan bina və qurğularda qəza vəziyyəti yarandığı hallarda onun səbəblərinin araşdırılması və bərpa işləri üçün tədbirlərin hazırlanmasında iştirak etmək;

 

3.1.5. müəyyən edilmiş qaydada şəhərsalma kadastrını aparmaq;

 

3.1.6. şəhərsalma və tikinti fəaliyyətinin vahid informasiya təminatı sisteminin işinin təmin edilməsində iştirak etmək;

 

3.1.7. müəyyən edilmiş qaydada respublika səviyyəsində dövlət şəhərsalma nəzarətinin Komitə tərəfindən həyata keçirilməsində iştirak etmək;

 

3.1.8. müvafiq sahədə Komitənin strukturuna daxil olan digər qurumlara, yerli icra hakimiyyəti və özünüidarəetmə orqanlarına metodiki kömək göstərmək;

 

3.1.9. müvafiq sahənin inkişafını kompleks təhlil etmək və onun davamlı inkişafını təmin etmək üçün təkliflər hazırlamaq;

 

3.1.10. müvafiq sahəyə ayrılan büdcə vəsaiti, kreditlərdən, qrantlardan və digər maliyyə vəsaitindən təyinatı üzrə səmərəli istifadə olunmasını təmin etmək;

 

3.1.11. dövlət sirrinin və məxfilik rejiminin qorunması üçün qanunvericiliklə müəyyən edilmiş tədbirlər, habelə fəaliyyət istiqamətlərinə uyğun təhlükəsizlik tədbirləri görmək;

 

3.1.12. öz fəaliyyəti haqqında əhalinin məlumatlandırılmasını, internet saytının yaradılmasını, malik olduğu və siyahısı qanunvericiliklə müəyyən edilmiş açıqlanmalı olan ictimai informasiyanın həmin saytda yerləşdirilməsini və bu informasiyanın daim yenilənməsini təmin etmək;

 

3.1.13. Baş İdarənin strukturunun və fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində tədbirlər görmək;

 

3.1.14. Baş İdarənin fəaliyyəti ilə bağlı ərizə və şikayətlərə baxmaq və qanunvericiliklə müəyyən edilmiş qaydada tədbirlər görmək;

 

3.1.15. səyyar və əsaslı tikinti olmayan obyektlərin, o cümlədən əsaslı tikinti olmayan xırda pərakəndə ticarət obyektləri və komplekslərinin yerləşdirilməsi və quraşdırılmasına rəy vermək;

 

3.1.16. tikinti obyektinin tikintisinə və istismarına icazə vermək, habelə bununla bağı Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə uyğun olaraq hüquqi hərəkətləri yerinə yetirmək;

 

3.1.17. tikinti obyektlərinin sifarişçilərinin sorğuları əsasında tikintiyə icazə üçün müraciət etməzdən əvvəl tikinti aparmaq istədiyi ərazidə aparılacaq tikintinin icazə verilən parametrlərini (ərazinin tikinti əmsalı, ərazinin tikinti sıxlığı əmsalı, tikinti obyektlərinin hündürlüyü və s.) obyektin təyinatını göstərməklə təqdim etmək;

 

3.1.18. fəaliyyət istiqamətlərinə uyğun olaraq, qanunvericilikdə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək.

 

4. Baş İdarənin hüquqları

 

4.1. Öz vəzifələrini yerinə yetirmək üçün Baş İdarənin aşağıdakı hüquqları vardır:

 

4.1.1. müvafiq sahədə normativ hüquqi aktların hazırlanması, onlarda dəyişiklik edilməsi, onların şərh edilməsi, qüvvəsinin dayandırılması və ya ləğv edilməsi ilə bağlı Komitəyə təkliflər vermək;

 

4.1.2. fəaliyyət istiqamətlərinə uyğun təhlillər və ümumiləşdirmələr aparmaq, analitik materiallar hazırlamaq, müvafiq sahə üzrə tədqiqatlar aparmaq, təkliflər vermək;

 

4.1.3. şəhərsalma ilə bağlı qanunvericiliyin pozulması halları aşkar edildikdə müvafiq tədbirlər görmək;

 

4.1.4. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq, beynəlxalq təşkilatlarla, xarici dövlətlərin müvafiq qurumları ilə əməkdaşlıq etmək və təcrübə mübadiləsi aparmaq;

 

4.1.5. dövlət və yerli özünüidarəetmə orqanlarına, fiziki və hüquqi şəxslərə müvafiq sahə üzrə zəruri məlumatlar (sənədlər) barədə sorğu vermək və onlardan belə məlumatları (sənədləri) almaq;

 

4.1.6. müvafiq sahədə mütəxəssislərin hazırlanması və ixtisasının artırılması üçün təkliflər vermək;

 

4.1.7. müstəqil ekspertləri və mütəxəssisləri qanunvericiliklə müəyyən edilmiş qaydada öz fəaliyyətinə cəlb etmək;

 

4.1.8. müvafiq sahənin elmi-texniki informasiya təminatını yaxşılaşdırmaq üçün bu məqsədlə nəzərdə tutulmuş vəsait çərçivəsində qanunvericiliklə müəyyən edilmiş qaydada informasiya şəbəkəsi, internet saytı yaratmaq, xüsusi bülletenlər və digər nəşrlər buraxmaq və onlardan istifadə etmək.

 

5. Baş İdarənin fəaliyyətinin təşkili

 

5.1. Baş İdarənin fəaliyyətinə Komitənin sədri tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən rəis rəhbərlik edir. Baş İdarənin rəisi Baş İdarəyə həvalə olunmuş vəzifələrin yerinə yetirilməsi və hüquqların həyata keçirilməsi üçün şəxsən məsuliyyət daşıyır.

 

5.2. Baş İdarənin Aparatının strukturunu və ştat cədvəlini, büdcə vəsaiti üzrə xərclər smetasını və qanunvericiliklə müəyyən edilmiş digər mənbələr üzrə gəlirlər və xərclər smetasını Komitə təsdiq edir.

 

5.3. Baş İdarə rəisinin Komitənin sədri tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən birinci müavini və bir müavini vardır. Baş İdarə rəisinin birinci müavini vəzifəsinə görə Bakı şəhərinin baş memarıdır.

 

5.4. Baş İdarə rəisinin müavinləri Baş İdarə rəisinin onlara həvalə etdiyi vəzifələri yerinə yetirir və bunun üçün şəxsən məsuliyyət daşıyırlar.

 

5.5. Baş İdarənin rəisi:

 

5.5.1. Baş İdarənin fəaliyyətini təşkil edir və ona rəhbərlik edir;

 

5.5.2. səlahiyyətləri daxilində Baş İdarə Aparatının fəaliyyətinə dair əmrlər, sərəncamlar və göstərişlər verir;

 

5.5.3. müəyyən edilmiş struktur, əməkhaqqı fondu və işçilərin say həddi daxilində Baş İdarə Aparatının ştat cədvəlini və ayrılmış büdcə təxsisatı daxilində onun xərclər smetasını təsdiq olunmaq üçün Komitəyə təqdim edir;

 

5.5.4. Baş İdarə Aparatının işçilərini (struktur bölmələrinin rəhbərlərini və onların müavinlərini Komitə ilə razılaşdırmaqla) vəzifəyə təyin və vəzifədən azad edir, onlar barəsində həvəsləndirmə və intizam tənbehi tədbirləri görür;

 

5.5.5. Baş İdarədə qəbul edilmiş aktların icrasını təşkil edir, yoxlayır və buna nəzarəti həyata keçirir;

 

5.5.6. Baş İdarənin vəzifəli şəxslərinin qanunvericiliyə zidd olan qərarlarını ləğv edir;

 

5.5.7. Baş İdarəni təmsil edir;

 

5.5.8. Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq digər səlahiyyətləri həyata keçirir.

19.03.2019 15:06

Müştərilərin xəbərləri

Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ