"Qazax Sement Zavodu" Novruz bayramı münasibəti ilə şəhid ailələrini ziyarət edib - FOTOLAR

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkədə aparılan sosial yönümlü siyasətə uyğun olaraq, "Qazax Sement Zavodu" şəhid ailələrinə və aztəminatlı ailələrə yardımlar edir. 


 

“Qazax Sement Zavodu” MMC bayram və əlamətdar günlərdə rayonun bir sıra kəndlərində yaşayan şəhid ailələrini ziyarət edərək, onları bayram münasibətilə təbrik edir. Şəhid ailələri hər zaman zavodun diqqət mərkəzindədir.

 

Bu ənənəni davam etdirən "Qazax Sement Zavodu" bu ilki Novruz bayramında Daş Salahlı kəndi ilə yanaşı, rayonun sərhədyanı kəndlərində də yaşayan şəhid ailələrini yaşadıqları kəndlərə gedərək ziyarət etmişdir.

 

Belə ki, 18 Mart 2019-cu ildə rayonun Daş Salahlı kəndində yaşayan  21, Məzəm kəndində 6, Quşçu Ayrım kəndində 16, Cəfərli kəndində 3, Bala Cəfərli kəndində 3, Aslanbəyli kəndində 10, Qaymaqlı kəndində 6, Kəmərli kəndində yaşayan 9 şəhid ailəsi, Daş Salahlı kəndində 1 imkansız ailə və 3 aprel döyüşləri şəhidləri ailələri olmaqla, ümumilikdə 78 ailəni evlərində ziyarət edərək, onları Novruz bayramı münasibətilə təbrik edib.

 

Daha sonra onlara Zavod Rəhbərliyinin bayram təbrikləri çatdırılıb və zavod tərəfindən hazırlanmış bayram hədiyyələri  təqdim edilib. Şəhid ailələri hər zaman bayram və əlamətdar günlərdə zavod tərəfindən onlara göstərilən diqqəti yüksək qiymətləndirmiş və zavodun rəhbərliyinə öz təşəkkürlərini bildiriblər.

 

“Qazax Sement Zavodu” MMC buna bənzər tədbirləri gələcəkdə daha da genişləndirməyi planlaşdırır.  

20 Mart 2019 , 17:00   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99412)437-84-44,(+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin