Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

“Xalq Sığorta”nın xalis mənfəəti artıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Xalq Sığorta”nın xalis mənfəəti artıb

“Xalq Sığorta”nın topladığı sığorta haqları 2 dəfəyə yaxın artıb, cəmi xərcləri isə azalıb.


 

Reklam_3_11

“Xalq Sığorta” ASC 2018-ci ili 2 milyon 250 min manat xalis mənfəətlə başa vurub. Şirkət 2017-ci ili 1 milyon 507 min manat xalis mənfəətlə bağlamışdı. Beləliklə, illik müqayisədə “Xalq Sığorta”nın xalis mənfəəti 49,3% artıb.

 

"Xalq Sığorta" 2016-cı ildə 5 milyon 333 min manat xalis mənfəət əldə etmişdi.

 

TƏK ŞƏXSİYYƏT VƏSİQƏSİLƏ 15 DƏQİQƏYƏ KREDİT!

 

CƏMİ GƏLİRLƏRİ ARTIB, CƏMİ XƏRCLƏRİ İSƏ AZALIB 

 

“Marja” şirkətin maliyyə hesabatlarına istinadən xəbər verir ki, ötən il “Xalq Sığorta”nın cəmi gəlirləri 13 milyon 98 min manat, cəmi xərcləri 10 milyon 276 min manat təşkil edib. Şirkəti 2 milyon 822 min manat maliyyə mənfəətindən 572 min manat mənfəət vergisi ödəyib.

 

2017-ci ildə “Xalq Sığorta”nın cəmi gəlirləri 12 milyon 201 min manat, cəmi xərcləri 10 milyon 317 min manat təşkil etmişdi. Beləliklə, 2017-ci illə müqayisədə 2018-ci ildə Şirkətin cəmi gəlirləri 897 min manat və ya 7,3% artıb, cəmi xərcləri isə 41 min manat və ya 0,4% azalıb.

 

 

YIĞIMLARI KƏSKİN ARTIB

 

2017-ci ildə 7 milyon 786 min manat sığorta haqları toplamağa nail olmuş “Xalq Sığorta”, 2018-ci ildə 14 milyon 491 min manat sığorta haqları yığıb (sığorta haqları 1,9 dəfə artıb). Sığorta haqlarının kəskin artması ilə bərabər şirkətin ehtiyatlara ayırmaları da artıb. Nəticədə, cəmi gəlirlər aşağı düşüb. 

 

Şirkətin sığorta ödənişləri isə 2017-ci ildəki 3 milyon 987 min manatdan 2018-də 3 milyon 811 min manata geriləyib. 

 

ŞİRKƏT BÖYÜYÜB

 

"Xalq Sığorta"nın cəmi aktivləri ötən ilin əvvəlindəki 52 milyon 915 min manatdan ilin sonunda 58 milyon 951 min manata yüksəlib. 

 

“Xalq Sığorta” ASC-nin 2018-ci il dekabrın 31-nə mühasibat balansı

20.03.2019 06:26

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ