Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Neftin ucuzlaşması "Liviya" xəbəri ilə dayanıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
Neftin ucuzlaşması "Liviya" xəbəri ilə dayanıb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Liviyanın iki böyük limanından neft ixracını dayandırmasının ardından neft qiymətlərinin düşməsi dayanıb.


 
Liviyanın qarşıdurmaların ardından ən böyük limanlarından ikisindən neft ixracını dayandırması və bəzi sahələrdə hasilatı azaltmasından sonra neft qiymətlərindəki geriləmə dayanıb.

 

"Marja" xəbər verir ki, Liviyada Milli Neft Şirkətinin idarə heyətinin üzvü Jadalla Alaokali, ən iri neft limanı "Es Sider" və üçüncü ən böyük limanı "Raf Lanuf"un, təhlükəsizlik təmin olunana və işçilərin vəzifələrinin başına qayıdana qədər bağlanıldığını qeyd edib. "Baker Hughes Inc."a görə, ABŞ-da qazılan neft quyularının sayı keçən həftə artıb.


 
İnvestorlar  ABŞ-da artan neft ehtiyatları və istehsalındakı artımın, Neft İxrac Edən Ölkələr Birliyi (OPEC) və digər 11 istehsalçı ölkənin istehsalı azaltmaq səylərinə zərər verib-vermədiyini qiymətləndirir. ABŞ-da neft hasilatı təxminən bir ilin ən yüksək səviyyəsinə çıxıb, Səudiyyə Ərəbistanı isə gündəlik neft hasilatını Fevral ayında  90,000 barel azaldıb.


 
"OPEC hasilatı azaldır, ancaq ABŞ-da hasilatın artırması qiymətlərin qalxmasına imkan vermir. Neft yəqin ki, 50 dollar ilə 57 dollar arasında qalacaq"- deyə analitiklər bildirirlər.


 
Bakı vaxtı ilə 08:00-da Qərbi Texas nefti (WTI) 53.15 dollardan, Brent nefti isə 55.75 dollardan əməliyyat olunub. 

06.03.2017 05:07

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ