Ən yuxarı statik reklam-3_3

Yeni yaradılan qurumun göstərəcəyi ödənişli xidmətlər məlum oldu

iç səhifə xəbər başlığı altı (mobil)_31
Yeni yaradılan qurumun göstərəcəyi ödənişli xidmətlər məlum oldu

Xəbər verdiyimiz kimi, Xüsusi Layihə-Smeta Bürosunun və Şəhər Ərazisinin Tikinti-Planlaşdırma İdarəsinin əsasında Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin tabeliyində publik hüquqi şəxs statuslu Ərazi Tikinti-Planlaşdırma Mərkəzi yaradılıb.

 

Reklam_3_11

TƏK ŞƏXSİYYƏT VƏSİQƏNİZİ TƏQDİM EDİN, 15 DƏQİQƏYƏ KREDİT ALIN

 

"Marja" xəbər verir ki, Ərazi Tikinti-Planlaşdırma Mərkəzinin göstərəcəyi ödənişli xidmətlər məlum olub. 

 

Xidmətlərə görə ödənilən xidmət haqqı məbləğləri Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla bir ay müddətində təsdiq ediləcəkdir.

 

 

Ərazi Tikinti-Planlaşdırma Mərkəzinin  göstərdiyi ödənişli xidmətlərin SİYAHISI

 

Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 19 mart tarixli Fərmanı ilə təsdiq edilmişdir

 

Xidmətin adı

 1.

Sifarişçinin sorğusu ilə Bakı şəhərinin ərazisində aparılacaq tikintinin icazə verilən parametrlərinin verilməsi

 2.

Dövlətə və bələdiyyəyə məxsus torpaq sahəsinin ayrılması ilə bağlı tikinti niyyətinə dair rəy verilməsi

 3.

Bakı şəhərinin inzibati ərazisində yol və mühəndis-kommunikasiya təminatı sistemi üçün trasların müəyyənləşdirilməsi

 4.

Təsdiq üçün təqdim edilən şəhərsalma əsaslandırılması layihələrinin yoxlanılması

 5.

Tikintisinə icazə tələb olunan tikinti layihələrinin şəhərsalma sənədlərinə uyğunluğunun yoxlanılması:

5.1.

məlumatlandırma icraatının şamil edilmədiyi fərdi yaşayış evləri layihələrinin

5.2.

çoxmənzilli yaşayış binaları layihələrinin

5.3.

qeyri-yaşayış binaları layihələrinin

5.4.

infrastruktur (yol tikintisi) layihələrinin

5.5.

texniki və mühəndis qurğuları layihələrinin

5.6.

mühəndis-kommunikasiya xətləri layihələrinin

5.7.

digər obyektlərin layihələrinin

 6.

Tikilinin istismarına icazə verilməsi ilə bağlı Bakı şəhərinin ərazisində yerləşən tikinti obyektlərinə baxış keçirilməsi

 

 7.

Bakı şəhərinin inzibati ərazisində tikintiyə icazənin müddətinin uzadılması ilə bağlı sənədlərin tərtibi

 8.

Mərkəzin arxivində saxlanılan sənədlərin surətlərinin verilməsi

 9.

Bakı şəhərinin inzibati ərazisində açıq sahələrdə əsaslı tikili olmayan iaşə obyektlərinin və səyyar ticarət obyektlərinin yerləşdirilməsinin və quraşdırılmasının uyğunluğunun müəyyənləşdirilməsi

 

20.03.2019 09:05

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ