Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Qazaxıstanda paytaxtın adı dəyişdi

iç səhifə xəbər başlığı altı (mobil)_31
Qazaxıstanda paytaxtın adı dəyişdi
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Nursultan Nazarbayevin istefasından sonra Qazaxıstan Prezidenti vəzifəsində Kasım-Jomart Tokayev fəaliyyətə başlayıb. 

 

TƏK ŞƏXSİYYƏT VƏSİQƏSİLƏ 15 DƏQİQƏYƏ KREDİT!

 

"Marja" xəbər verir ki, Tokayev, Nursultan Nazarbayevin adını ölümsüzləşdirmək məqsədilə paytaxt Astananın adının "Nursultan" olaraq dəyişdirilməsini təklif edib. 

 

Tokayev etdiyi çıxışında, "Qazaxıstanın ilk prezidentinin adının ölümsüzləşdirilməsinin lazımlı olduğuna inanıram. Paytaxtımız Nursultan olaraq adlandırılmalıdır" deyib.

 

Tokayev, Astanada Nazarbayevə bir abidə qoyulmasının və ona "şərəfli senator" vəzifəsinin verilməsini də təklif edib.

 

QANUN LAYİHƏSİ QƏBUL EDİLİB

 

Qazaxıstan dövlət xəbər agentliyi "Kazinform", ölkənin paytaxtı Astananın adının Nursultan olaraq dəyişdirildiyi barədə xəbər yayıb.

 

Xəbərə görə, Qazaxıstan Parlamenti, paytaxt Astananın adının Nursultan olaraq dəyişdirilməsini nəzərdə tutan qanun layihəsini qəbul edib.

 

Parlamentin yuxarı palatası Senat ilə aşağı palatası Məclisin ortaq iclasında millət vəkilləri, Prezident Tokayevin paytaxta sabiq Prezident Nursultan Nazarbayevin adının verilməsinə dair qanun layihəsini müzakirə edib. 

 

Millət vəkilləri paytaxt Astananın adının Nursultan olaraq dəyişdirilməsini nəzərdə tutan qanun layihəsini qəbul ediblər. 

 

 

Kasım-Jomart Tokayev, and içərək prezidentlik vəzifəsini Nazarbayevdən alıb. O, 2020-ci ilə qədər bu vəzifəni yerinə yetirəcək.

 

Kasım-Jomart Tokayev Qazaxıstanın Senatının sədri idi.

 

Tokayev, ölkənin konstitusiyasına uyğun şəkildə vətəndaşların hüquq və azadlıqlarını təmin edəcəyini qeyd edərək, prezidentlik vəzifəsini yaxşı niyyətlə yerinə yetirəcəyini söyləyib.

 

Diplomat olaraq karyerasına başlayan Tokayev, Qazaxıstan Xarici işlər nazirinin köməkçisi, Baş nazirin köməkçisi, Baş nazir, Xarici işlər naziri, Senat sədri vəzifələrində çalışıb. 

 

Tokayev, qazaxca, rusca, ingiliscə, çincə və fransızca bilir.

 

Qazax dilinin Kiril əlifbasından Latın əlifbasına çevrilməsinin dəstəkləyənlərdən olan Tokayev, narkotik satıcılarının ömür boyu həbs və ya edam cəzasına qədər sərt şəkildə cəzalandırılmasını təklif etmişdi.

20.03.2019 13:29

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ