Qazaxıstanda paytaxtın adı dəyişdi
Nursultan Nazarbayevin istefasından sonra Qazaxıstan Prezidenti vəzifəsində Kasım-Jomart Tokayev fəaliyyətə başlayıb.
TƏK ŞƏXSİYYƏT VƏSİQƏSİLƏ 15 DƏQİQƏYƏ KREDİT!
"Marja" xəbər verir ki, Tokayev, Nursultan Nazarbayevin adını ölümsüzləşdirmək məqsədilə paytaxt Astananın adının "Nursultan" olaraq dəyişdirilməsini təklif edib.
Tokayev etdiyi çıxışında, "Qazaxıstanın ilk prezidentinin adının ölümsüzləşdirilməsinin lazımlı olduğuna inanıram. Paytaxtımız Nursultan olaraq adlandırılmalıdır" deyib.
Tokayev, Astanada Nazarbayevə bir abidə qoyulmasının və ona "şərəfli senator" vəzifəsinin verilməsini də təklif edib.
QANUN LAYİHƏSİ QƏBUL EDİLİB
Qazaxıstan dövlət xəbər agentliyi "Kazinform", ölkənin paytaxtı Astananın adının Nursultan olaraq dəyişdirildiyi barədə xəbər yayıb.
Xəbərə görə, Qazaxıstan Parlamenti, paytaxt Astananın adının Nursultan olaraq dəyişdirilməsini nəzərdə tutan qanun layihəsini qəbul edib.
Parlamentin yuxarı palatası Senat ilə aşağı palatası Məclisin ortaq iclasında millət vəkilləri, Prezident Tokayevin paytaxta sabiq Prezident Nursultan Nazarbayevin adının verilməsinə dair qanun layihəsini müzakirə edib.
Millət vəkilləri paytaxt Astananın adının Nursultan olaraq dəyişdirilməsini nəzərdə tutan qanun layihəsini qəbul ediblər.
Kasım-Jomart Tokayev, and içərək prezidentlik vəzifəsini Nazarbayevdən alıb. O, 2020-ci ilə qədər bu vəzifəni yerinə yetirəcək.
Kasım-Jomart Tokayev Qazaxıstanın Senatının sədri idi.
Tokayev, ölkənin konstitusiyasına uyğun şəkildə vətəndaşların hüquq və azadlıqlarını təmin edəcəyini qeyd edərək, prezidentlik vəzifəsini yaxşı niyyətlə yerinə yetirəcəyini söyləyib.
Diplomat olaraq karyerasına başlayan Tokayev, Qazaxıstan Xarici işlər nazirinin köməkçisi, Baş nazirin köməkçisi, Baş nazir, Xarici işlər naziri, Senat sədri vəzifələrində çalışıb.
Tokayev, qazaxca, rusca, ingiliscə, çincə və fransızca bilir.
Qazax dilinin Kiril əlifbasından Latın əlifbasına çevrilməsinin dəstəkləyənlərdən olan Tokayev, narkotik satıcılarının ömür boyu həbs və ya edam cəzasına qədər sərt şəkildə cəzalandırılmasını təklif etmişdi.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 5 saat sonra
- 8 saat əvvəl
-
8 saat əvvəl
“Baku Steel Company” QSC SAP S/4HANA sisteminin tətbiqi ilə bağlı tender mərhələsinə başlayır
-
8 saat əvvəl
Bakı Ali Neft Məktəbində “Huawei” şirkətinin laboratoriyası fəaliyyətə başlayıb
- 10 saat əvvəl
- 11 saat əvvəl
-
11 saat əvvəl
RİNN DGK-dan ölkəyə gətirilən radioelekton vasitələr barədə məlumat alacaq
-
11 saat əvvəl
Daha bir neçə müntəzəm avtobus marşrutu müsabiqəyə çıxarılır
-
11 saat əvvəl
Azərbaycan dövlət sərhədindən buraxılış məntəqələrinin siyahısında dəyişiklik edilib
- 11 saat əvvəl
-
12 saat əvvəl
“Azərbaycan Sənaye Korporasiyası”nın iki şirkəti birləşdirilir