Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30

Dünyanın ən xoşbəxt ölkəsi

iç səhifə xəbər başlığı altı (mobil)_31
Dünyanın ən xoşbəxt ölkəsi
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

BMT-nin illik dünya xoşbəxtlik hesabatında (World Happiness Report) Finlandiya planetimizin ən xoşbəxt ölkəsi adlandırılıb.

 

Reklam_3_11

Finlandiya KİV-ləri xəbər verir ki, sabit inkişafın həlli yollarının axtarılması üzrə hazırlanan hesabatda altı meyar - adambaşına düşən milli gəlir, uzunömürlülük, sosial dəstək, vətəndaşların həyati əhəmiyyət daşıyan problemləri müstəqil həll etməsi, korrupsiyaya münasibət və səxavətlilik əsas götürülür.

 

Hesabatın müəllifləri hər il 156 ölkədə bu meyarları təhlil edir və onları on ballıq cədvəl üzrə qiymətləndirərək, hər bir ölkənin ayrıca xoşbəxtlik göstəricilərini müəyyən edirlər.

 

 

Beləliklə, bu il 7,63 bal toplayan Finlandiya dünyanın ən xoşbəxt ölkəsi adlandırılıb. İkinci və üçüncü yerlərdə Norveç (7,59 bal) və Danimarka (7,55 bal) qərarlaşıblar. Xoşbəxt ölkələrin ilk onluğuna İslandiya, İsveçrə, Niderland, Kanada, Yeni Zelandiya, İsveç və Avstraliya da daxildirlər.

 

TƏK ŞƏXSİYYƏT VƏSİQƏSİLƏ 15 DƏQİQƏYƏ KREDİT!

 

Qeyd edək ki, 5,2 bal toplayan Azərbaycan reytinq cədvəlində 87-ci yeri tutub. Bununla da ölkəmiz Cənubi Qafqaz regionunda öz qonşularını - 128-ci yerdə olan Gürcüstanı və 129-cu pilləni tutan Ermənistanı qabaqlayıb.

20.03.2019 14:02

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ