Mobil manşet üstü reklam_21

Fed qərarını açıqladı - DOLLAR UCUZLAŞIR

iç səhifə xəbər başlığı altı (mobil)_31
Fed qərarını açıqladı - DOLLAR UCUZLAŞIR
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

2019-cu ildə faizlərin artırılmayacağı təxmin edilir.


 

ABŞ Mərkəzi Bankının (Fed) bu gün sona çatan iki günlük pul siyasəti iclasının ardından verilən açıqlamaya görə, bank faiz dərəcələrində dəyişiklik etməyib.

 

"Marja" xəbər verir ki, Fed faizləri 2.25% - 2.50% aralığında sabit saxlayıb. 

 

Fed rəsmiləri 2019-cu ildə faizlərin neçə dəfə artırılacağına dair proqnozunu 2-dən sıfıra endiriblər. Yəni, Fed rəsmiləri bu il ərzində faizləri artıracaqlarını gözləmirlər. Proqnoz Dekabr iclasında 3-dən 2-ə endirilmişdi. Fed-in 2020-ci il üçün proqnozu dəyişməyərək 1-də qalıb.

 

 

Fed-in açıqlamasından sonra Dollar ucuzlaşıb. Bakı vaxtı ilə saat 22:35-ə olan məlumata görə, Avro/Dollar məzənnəsi 0,8% yüksələrək 1.1441 səviyyəsinə qalxıb (Avro bahalaşıb, Dollar ucuzlaşıb). Dolların ucuzlaşmasının səbəbi Fed-in 2019-cu ildə faiz artırmasının gözlənilməməsidir. 

 

Dolların ucuzlaşması ilə əlaqədar olaraq qızıl və neft bahalaşıb. Qızılın unsiyası 0,7% bahalaşaraq 1316 dollara, Brent neftinin bareli isə 1,2% bahalaşaraq 68,43 dollara yüksəlib. 

 

TƏK ŞƏXSİYYƏT VƏSİQƏSİLƏ 15 DƏQİQƏYƏ KREDİT!

 

Digər bir mövzu Fed-in balansını azaltmasıdır. Bank balansın azaldılmasının Sentyabrda sona çatacağını nəzərdə tutur.

 

İstehlakçı xərclərinin və sərmayələrin yavaşlamasını gözləyən Fed-in mətbuat açıqlamasında məşğulluq artımının hələ güclü olduğu qeyd edilib.

 

Açıqlamada, güclü keçən dördüncü rübün ardından iqtisadi inkişafın yavaşladığı qeyd edilib. Fed rəsmiləri 2019-cu ildə ABŞ iqtisadiyyatının artımı üzrə proqnozu 2.3%-dən 2.1%-ə endirib. 

 

Fed-in balans azaltmasının Maydan etibarən aylıq 15 milyard dollar ilə yarıya enəcəyi qeyd edilib.

 

PROQNOZLAR

 

İnflyasiya

2019-cu il üçün PCE inflyasiya proqnozu 1.9%-dən 1.8%-ə endirilib.  

2020-ci il üçün PCE inflyasiya proqnozu 2.1%-dən 2.0%-ə endirilib.

 

İqtisadi artım 

2019-cu il üçün ÜDM-in (ümumi daxili məhsul) artımı təxmini 2.3%-dən 2.1%-ə endirilib.

2020-ci il üçün ÜDM-in artımı artımı təxmini 2.0%-dən 1.9%-ə endirilib. 

 

İşsizlik

2019-cu il üçün işsizlik proqnozu 3.5%dən 3.7%-ə yüksəldilib.

2020-ci il üçün işsizlik proqnozu 3.6%-dən 3.8-ə yüksəldilib.

 

20.03.2019 19:13

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci_29
Esas-sehifede-reklam-3_8
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ