Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30

"Bu an Fed üçün gözləmək və izləmək üçün yaxşı bir zamandır"

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Bu an Fed üçün gözləmək və izləmək üçün yaxşı bir zamandır"
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

İqtisadi artım sürəti yavaşladığına və inflyasiya zəif qaldığına görə Fed faiz artırmayacaq.


 

Reklam_3_11

ABŞ Mərkəzi Bankının sədri (Fed) Cerom Pauel (Jerome Powell), bankın Mart ayı iclasının ardından keçirdiyi mətbuat konfransında açıqlamalar verib. 

 

"Marja" xəbər verir ki, iqtisadi artımın gözləniləndən çox yavaşladığını söyləyən Fed sədri, sərtləşən maliyyə şərtlərinin (yüksəlmiş faizlərin) iqtisadiyyatı daha az dəstəklədiyini qeyd edib.

 

 

Pərakəndə satışların toparlandığını bildirən Pauel, "2019-cu ildə iqtisadi artımın 2% səviyyəsində olacağını nəzərdə tuturuq" deyib.

 

Pauel, neft qiymətlərinin inflyasiyanı müvəqqəti 2%-dən aşağı salacağını vurğulayıb. 

 

Fed-in səbirli yanaşmasını qoruyacağını dilə gətirən Fed sədri, balans mövzusunda açıqlamalar verib. Pauel, normallaşmanın pilləli olacağını vurğulayıb. 

 

İqtisadi proqnozların olduqca yaxşı olduğunu ifadə edən Pauel, iqtisadi təməllərin hələ çox möhkəm olduğunu söyləyib.

 

TƏK ŞƏXSİYYƏT VƏSİQƏSİLƏ 15 DƏQİQƏYƏ KREDİT!

 

Avropa iqtisadiyyatının əhəmiyyətli ölçüdə yavaşladığını, ancaq durğunluq gözləmədiklərini dilə gətirən Fed sədri, Çin iqtisadiyyatında sabitləşmə gözlədiklərini ifadə edib.

 

Fed sədri ABŞ-ın tətbiq etdiyi əlavə gömrük vergilərinin iqtisadi böyüklük ilə müqayisədə aşağı olduğunu əlavə edib. Brexit və ticarət müharibələrinin risk meydana gətirdiyini söyləyən Pauell, qlobal iqtisadi yavaşlamanın Fed üçün problem ola biləcəyini qeyd edib. 

 

Faizlərin Fed üçün siyasət vasitəsi olduğunu vurğulayan Fed sədri, məlumatların bir siyasət addımı atmağı, hər hansı bir istiqamətdə hərəkət etməyi tələb edəcək bir siqnal vermədiyini söyləyib. Pauel, "Bu an Fed üçün gözləmək və izləmək üçün yaxşı bir zamandır" deyib.

 

Pauel, "Zəif inflyasiya səbirli yanaşmamızın səbəblərindən biridir" deyib. O, maaşların artmasının inflyasiya üçün problem yaratmadığını qeyd edib. Pauel, "Gözləyirik. Çünki pul siyasəti yaxşı bir yerdədir" deyib. 

 

 

Xəbər verdiyimiz kimi, ABŞ Mərkəzi Bankının (Fed) bu gün sona çatan iki günlük pul siyasəti iclasının ardından verilən açıqlamaya görə, bank faiz dərəcələrində dəyişiklik etməyib. Fed faizləri 2.25% - 2.50% aralığında sabit saxlayıb.

20.03.2019 20:27

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci-2_29
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ