“Veysəloğlu” Novruz bayramı sovqatı paylayıb
“Veysəloğlu” Şirkətlər Qrupu Novruz bayramı ərəfəsində özünün Korporativ Sosial Məsuliyyət (KSM) proqramı çərçivəsində aztəminatlı ailələr və sosial qayğıya ehtiyacı olan vətəndaşlarla görüş keçirib.
Belə ki, “Veysəloğlu” Qrupa daxil olan “Veysəloğlu” MMC, Ulduz şokolad fabriki, Araz Supermarketlər şəbəkəsi, həmçinin OBA marketlər şəbəkəsi Qızıl Aypara Cəmiyyəti, “Müharibə, Əmək və Silahlı Qüvvələr” İctimai Birliyinin Nizami rayonu, “Əlil və Veteranlar” İctimai Birliyinin Abşeron rayonu, “Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri” İctimai Birliyinin Nizami və Yasamal rayonu bölmələri, “Bakı Müharibə Əlil və Veteranlar” İctimai Birliyinin üzvləri, Binəqədi və Nizami Rayonu İcra Hakimiyyətinin qeydiyyatında olan bir qrup veteranlara, şəhid və aztəminatlı ailələrə müxtəlif ərzaq məhsullarından ibarət bayram sovqatı təqdim edib.
Görüşlər Araz Supermarketlər və OBA marketlər şəbəkələrinin qarşısında baş tutub.
Qeyd edək ki, "Veysəloğlu" Şirkətlər Qrupu ənənəvi olaraq bütün bayramlarda 500-ə yaxın sosial qayğıya ehtiyacı olan ailələrlə görüş keçirir, onları bayram ərzağı ilə təmin edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 15 saat əvvəl
-
16 saat əvvəl
“Bakcell”in Baş İcraçı Direktoru Xankəndidə jurnalistlərlə görüşüb
- 19 saat əvvəl
-
19 saat əvvəl
Tanınmış şampunlar və qabyuyan məhsulların saxtası Keşlədə istehsal olunurmuş
-
19 saat əvvəl
Bakı Fransız Liseyinin ləğv olunması haqqında qərar qəbul edilib
-
23 saat əvvəl
Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib
-
23 saat əvvəl
Azərbaycanda tikinti sahəsində agentliyin və ya komitənin yaradılması təklif olunur
- 23 saat əvvəl
- 23 saat əvvəl
-
23 saat əvvəl
Rabitəbank müştəriləri biznes hesablarını banka gəlmədən aça bilərlər!
- 1 gün əvvəl
- 1 gün əvvəl