Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

"Sabah hansısa bank buna əməl etməsə, onu cəzalandırmaq mümkün olmayacaq"

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Sabah hansısa bank buna əməl etməsə, onu cəzalandırmaq mümkün olmayacaq"
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

"Bu gün Azərbaycan banklarında və bank olmayan kredit təşkilatlarında (BOKT) mövcud olan problemli kreditlər, əsasən, manatın 2015-ci ildəki ilk devalvasiyasından əvvəl və sonra götürülmüş kreditlərdir. 2-ci devalvasiyadan sonra verilmiş kreditlərin ödənişi ilə bağlı elə də çox problem yoxdur".

 

Reklam_3_11

Bunu  açıqlamasında bank sahəsi üzrə ekspert Əkrəm Həsənov deyib.

 

 

"Bu da onunla bağlıdır ki, Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) 2016-cı ilin aprel ayında ilk addım olaraq “Məsuliyyətli kreditləşdirmə qaydaları” qəbul edib. Bununla da, əhaliyə xarici valyutada kreditlərin verilməsi məhdudlaşdırılıb, həmçinin kredit verilərkən vətəndaşların aylıq gəliri, yaşayış minimumu nəzər alınır. Son nəticədə problemli kreditlərin yaranmasının qarşısı alınıb.

 

Amma həmin qaydalar Palatanın normativ aktı kimi qəbul edilməyib, yəni Ədliyyə Nazirliyində qeydiyyatdan keçməyib, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməyib. Buna görə də məcburi qüvvəsi yoxdur, yalnız tövsiyə xarakterlidir. Sabah hansısa bank, yaxud BOKT buna əməl etməsə, onu cəzalandırmaq mümkün olmayacaq. Hətta məndən də banklardakı tanışlar soruşanda deyirəm ki, bu qaydalara əməl etmək məcburi xarakter daşımır və ona əməl etməsəniz, heç kəs sizi cəzalandıra bilməz. Bəlkə də, hansısa banklar bu qaydalara riayət etmirlər və bu da sabah problem yarada bilər”, - deyə o qeyd edib. 

 

TƏK ŞƏXSİYYƏT VƏSİQƏNİZİ TƏQDİM EDİN, 15 DƏQİQƏYƏ KREDİT ALIN

 

© "Report" 

21.03.2019 08:28

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ