Türk Lirəsi 5%-dən çox ucuzlaşıb
Dollar/TL (Türk Lirəsi) məzənnəsi 7% yüksələrək 5.8460-a qədər qalxıb.
TƏK ŞƏXSİYYƏT VƏSİQƏSİLƏ 15 DƏQİQƏYƏ KREDİT!
"Marja" xəbər verir ki, Avro da 5% artımla 6.22-dən 6.52-yə yüksəlib.
Türkiyə Mərkəzi Bankının həftəlik repo tenderlərinə bir müddətə fasilə veriləcəyini açıqlamasının ardından Dollar/TL məzənnəsi bir qədər geriləyib. Məzənnə 5,4% artımla 5.7630 lirədən bağlanıb.
Bir çox inkişaf edən ölkənin pul vahidi dollar qarşısında dəyər itirib. Qlobal iqtisadi inkişaf narahatlıqları, Brexit qeyri-müəyyənliyi kimi risklər Fed-in son iclasından sonra yaranan müsbət havanın dağılmasına səbəb olur.
ABŞ Mərkəzi Bankının (Fed) 2019-cu ilin sonuna qədər faiz artırmayacağı mesajı verməsilə Türkiyədə dollar 1%-in üzərində düşərək 5.48-dən 5.40-a qədər geriləmişdi. Ancaq məzənnə bu səviyyələrdə qala bilməyərək yenidən yüksəlib.
ABŞ Prezidenti Donald Trampın Golan təpəsi ilə əlaqədar açıqlamalarından sonra Türkiyə ilə ABŞ arasında gərginliyin artacağı ehtimal edilib. Bu ehtimal da məzənnə üzərində təzyiq yaradır. Eyni zamanda, Türkiyənin Rusiyadan S - 400 alması iki ölkənin münasibətlərini pisləşdirir.
Digər tərəfdən xarici investorlar Türkiyədə keçiriləcək seçkidən öncə Türk lirəsini satıb dollar alırlar. Xarici sərmayəçilər seçkidən sonra pul siyasətinin yumuşaldılacağını, faizlərin aşağı salınacağını bunun da Türk Lirəsinin daha da ucuzlaşmasına səbəb olacağını gözləyirlər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 29 d. əvvəl
-
1 saat əvvəl
Milli Məclis Azərbaycanla Albaniya arasında viza tələbinin ləğvinə razılıq verib
-
1 saat əvvəl
2024-cü ilin 1-ci rübü üzrə elektrik enerjisi göstəriciləri açıqlanıb
-
1 saat əvvəl
Azərbaycanda müştərilərə kredit ayrılması prosesi psixoloji testlərdən keçiriləcək
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
“AzerGold” QSC-nin 1-ci rübdə pərakəndə satış gəliri 8% artıb
- 2 saat əvvəl
-
2 saat əvvəl
“Jolly Joker”in ilk qlobal məkanı “Jolly Joker Bakı”da Yıldız Tilbe izdihamı
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl