Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30

Növbəti ixrac missiyası Qazaxıstanda olacaq

iç səhifə xəbər başlığı altı (mobil)_31
Növbəti ixrac missiyası Qazaxıstanda olacaq

İqtisadiyyat Nazirliyi Qazaxıstanın Astana və Almatı şəhərlərinə ixrac missiyasını təşkil edəcək.

 

Nazirlikdən verilən məlumata görə, ixracatçılar ixrac missiyasında iştirak etmək üçün İqtisadiyyat Nazirliyinə müraciət edə bilərlər.

 

İxrac missiyalarının tarixləri:

 

Qazaxıstanın Astana və Almatı şəhərlərinə: 23-26 aprel 2017-ci il

 

İxrac missiyasının əhatə etdiyi sektorlar:

 

Tikinti və abadlıq materiallarının istehsalı
Kimya sənayesi
Maşınqayırma
Kosmetika istehsalı
Meyvə-tərəvəz məhsulları
Spirtli və spirtsiz içkilər
Konservləşdirilmiş qida məhsulları
Çay məhsulları
Yüngül sənaye

 

İxrac missiyasında iştirak edəcək ixracatçılar müsabiqə əsasında seçiləcəklər.

 

Müsabiqənin təşkilatçısı: İqtisadiyyat Nazirliyi - Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO). Ünvan: Bakı Biznes Mərkəzi, Neftçilər pr. 32, Bakı, AZ1000. Elektron poçt ünvanı: [email protected]. Əlaqə telefonu: +99412 5980147/48.

 

Müsabiqə İqtisadiyyat Nazirliyi Kollegiyasının 2016-cı il 18 oktyabr tarixli 19 nömrəli qərarı ilə təsdiq edilmiş "Dəstək tədbirlərində iştirak edəcək ixracatçıların seçilməsi üçün müsabiqənin təşkili və keçirilmə Qaydası" əsasında 28 mart 2017-ci il tarixində AZPROMO-da təşkil olunacaq. İqtisadiyyat Nazirliyi Kollegiyasının 2016-cı il 18 oktyabr tarixli 19 nömrəli qərarını buradan yükləyə bilərsiz.

 

Seçim meyarları:

- ixracatçının məhsulları üzrə istehsal potensialı – 10 (on) bal,
- məhsulun hədəf ölkəyə ixrac potensialı – 10 (on) bal,
- sahibkarın əvvəllər ixrac təcrübəsinin olub-olmaması (2015-ci və 2016-cı illərdə ixrac etdiyi məhsullarının miqdarı göstərməklə – 5 (beş) bal).

 

Meyarların cəmi üzrə keçid balı minimum 20 (iyirmi) bal.

 

İxrac missiyalarında iştirak etmək üçün AZPROMO-ya aşağıdakı sənədlər təqdim edilməlidir:

 

• ərizə (ərizə formasını yükləyin);
• sahibkarın istehsal və ixrac potensialı və əvvəllər ixrac təcrübəsinin olmasına dair sənədlər və ya məlumatlar.

Sənədlər aşağıdakı ünvan üzrə 17 mart 2017-ci il tarixinədək təqdim olunmalıdır: Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO), Bakı Biznes Mərkəzi, Neftçilər pr. 32, Bakı, AZ1000.

06.03.2017 05:30

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ