Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

"Bizi Azərbaycanda satışın azalması təəccübləndirmir"

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Bizi Azərbaycanda satışın azalması təəccübləndirmir"

"KamAZ" şirkəti üçün Azərbaycan çox vacib və ciddi bazardır.

 

Bunu   açıqlamasında şirkətin baş direktoru Sergey Koqogin deyib.

 

Onun sözlərinə görə, Azərbaycan da iqtisadi böhranın təsirinə məruz qalıb: "Bizi Azərbaycanda satış həcmlərinin azalması təəccübləndirmir. Amma bizim burada stabil tərəfdaşımız var. O, Azərbaycanda təkcə "KamAZ" avtomobillərinin köhnə modellərinin satışını həyata keçirmir, həm də yeni modelləri əldə edir. Azərbaycan stabil siyasi sistemi olan ölkədir. Biz əminik ki, ölkənin gələcək inkişaf üçün kifayət qədər potensialı, resursları və ehtiyatları var. Bu, bizim üçün çox vacib və ciddi bazardır".

 

Qeyd edək ki, Bakıda “KAMAZ” ASC-nin rəsmi dillerlərinin XXI illik konfransı keçirilib. 

 

 Tədbirdə “KAMAZ”ın top-menecerləri öz məruzələri ilə dilerlərin qarşısında çıxış ediblər, dəyirmi masalar çərçivəsində avtomobillərin satışı ilə bağlı maliyyə xidmətləri və s. məsələləri müzakirə edilib.

 

Xatırladaq ki, 2015-ci il aprelin 14-də Tatarıstan prezidenti Rüstəm Minnixanovun Azərbaycana səfəri çərçivəsində “KAMAZ” avtomobillərinin “Gəncə avtomobil zavodun”da istehsal edilən yığma xəttinin açılış mərasimi olub.

© Trend

 

06.03.2017 05:34

Müştərilərin xəbərləri

Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ