Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

Örüş-otlaq sahələrinin bir hissəsi də əkin yerlərinə çeviriləcək

iç səhifə xəbər başlığı altı (mobil)_31
Örüş-otlaq sahələrinin bir hissəsi də əkin yerlərinə çeviriləcək

Heyvandarlığın inkişafına və örüş-otlaq sahələrinin səmərəli istifadəsinə dair Dövlət Proqramı hazırlanıb. Dövlət qurumlarının rəy və təkliflərinin öyrənilməsi üçün proqramın müzakirəsi aparılıb və aidiyyəti üzrə təqdim olunub. Dövlət Proqramına əsasən heyvandarlığın cins tərkibinin yaxşılaşdırılması bundan sonra da davam etdiriləcək.

 

Reklam_3_11

Bu fikirləri açıqlamasında Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Tədqiqat Mərkəzinin heyvandarlıq bölməsinin rəhbəri Elşad Rzayev deyib.

 

O əlavə edib ki, Azərbaycanda 2,6 milyon iribuynuzlu, 8,5 milyona yaxın xırdabuynuzlu heyvan var: “Hazırda kəmiyyətdən keyfiyyətə doğru keçid prosesi gedir. Bunun üçün daha məhsuldar və keyfiyyətli heyvan cinslərinin geniş yayılması istiqamətində işlər görülür”.

 

 

Onun sözlərinə görə, bu istiqamətdə görülən tədbirlərdən biri süni mayalanma işlərinin daha geniş aparılmasıdır. Dövlət Proqramında süni mayalamanın əhatə dairəsinin genişləndirilməsi nəzərdə tutulur. Eyni zamanda, bundan sonra da həm xırda, həm də iri cins heyvanların Azərbaycana gətirilməsi və güzəştli şərtlərlə satışı planlaşdırılır.

 

Elşad Rzayev qeyd edib ki, örüş otlaq sahələrində daha məhsuldar bitkilərin yetişdirilməsi nəzərdə tutulur. Çünki heyvandarlığın inkişaf etdiriməsinin 65-70 faizi yem bazasının mükəmməl olması ilə bağlıdır. Dövlət Proqramında, həmçinin qeyd olunub ki, heyvandarlıq intensiv və yarımintensiv yolla inkişaf etdirilsin. Bunun üçün örüş-otlaq sahələrinin bir hissəsini əkin yerlərinə çevirərək, heyvanların müəyyən qisminin intensiv şəraitdə saxlanılması nəzərdə tutulur.

 

Nazirlik rəsmisi vurğulayıb ki, daxili istehsal hesabına artıq ölkənin ət və süd məhsullarına olan tələbatını ödənir. Bu istiqamətdə potensial bir qədər də artarsa, Azərbaycan idxalçıdan ixracatçı ölkəyə çevrilə bilər.

 

TƏK ŞƏXSİYYƏT VƏSİQƏNİZİ TƏQDİM EDİN, 15 DƏQİQƏYƏ KREDİT ALIN

 

© Azərtac

25.03.2019 17:17

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ