Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

İntensiv bağçılıq genişləndiriləcək, soyuducu anbarların sayı artırılacaq - YENİ DÖVLƏT PROQRAMI

iç səhifə xəbər başlığı altı (mobil)_31
İntensiv bağçılıq genişləndiriləcək, soyuducu anbarların sayı artırılacaq - YENİ DÖVLƏT PROQRAMI

2019-2023-cü illər üçün Azərbaycanda meyvəçiliyin inkişafına dair Dövlət Proqramı hazırlanıb. Proqramın əsas məqsədi meyvəçiliklə bağlı ixrac potensialını artırmaq, əhalinin meyvəyə olan tələbatını tam ödəməkdir.

 

Reklam_3_11

Bu fikirləri açıqlamasında Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Tədqiqat Mərkəzinin aparıcı mütəxəssisi Eldar Quliyev bildirib.

 

O qeyd edib ki, Proqramda məhsuldarlığın artırılması üçün tədricən intensiv bağçılığın genişləndirilməsi nəzərdə tutulub. Həmçinin meyvələrin saxlanması üçün soyuducu anbarların sayı artırılmalı, emal sənayesi inkişaf etdirilməli, əhalinin məşğulluq səviyyəsinin və gəlirlərinin artırılması istiqamətində tədbirlər görülməlidir.

 

Onun sözlərinə görə, hazırda Azərbaycanda müxtəlif sahələr üzrə intensiv bağlar yaradılır. Yeni bağlar Quba, Xaçmaz, Şabran, Tovuz, Samux, Şəmkir, Göyçay, Şamaxı və Kürdəmirdə salınır. Bu bağlarda məhsuldarlıq yüksək olmaqla yanaşı, zərərverici və xəstəliklərə qarşı da davamlıdır. İstehsal xərcləri isə ənənəvi bağçılıqla müqayisədə intensiv bağçılıqda aşağıdır. Bundan başqa, Dövlət Proqramında ayrıca olaraq gilas, ərik, şaftalı və heyvanın məhsuldarlığının artırılması da nəzərdə tutulub.

 

Eldar Quliyev əlavə edib ki, ölkəmizdə meyvə məhsullarına olan tələbat əsasən yerli istehsal hesabına ödənir: “Tropik meyvələr ölkəmizdə yetişmədiyi üçün bu məhsullar xaricdən idxal edilir”.

 

TƏK ŞƏXSİYYƏT VƏSİQƏNİZİ TƏQDİM EDİN, 15 DƏQİQƏYƏ KREDİT ALIN

 

© Azərtac

25.03.2019 17:21

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ